SON XƏBƏRLƏR

Mədəni İrs Təşkilatının keçmiş rəisi Qacar türklərinə qarşı qarayaxmaların səbəbini açıqlayıb – VİDEO

2021.10.20, 07:36
Mədəni İrs Təşkilatının keçmiş rəisi Qacar türklərinə qarşı qarayaxmaların səbəbini açıqlayıb – VİDEO

Gunaz.tv

GünAz TV: İranda Azərbaycan türklərinin tarix və mədəniyyətinin təhrif edilməsi yalnız islam cümhuriyyəti dövrü ilə məhdudlaşmır, bunun kökünü Pəhləvi dövründə axtarmaq lazımdır.

 

Bu barədə İran Mədəni İrs Təşkilatının keçmiş rəisi mühəndis Məhəmməd Beheştinin “Xeşt-i xam” proqramında Hüseyn Dehbaşı ilə danışıqda verdiyi məlumat bir çox məsələyə aydınlıq gətirib.

 

“İranda şəhərlərin inkişaf etdiyi əsas dövrlərdən biri Fəthəlişah Qacar dövrüdür. Şəhərlərin inkişafı mədəniyyət və incəsənətin inkişafı deməkdir. Təəssüflər olsun ki, biz Qacar dövrünə Pəhləvi dövrünün gözlüyü ilə baxarıq, ona görə də o dövrün heç bir əsərini görmürük. Elə Türkmənçay müqaviləsinin bu qədər böyüdülməsi də pəhləvlərin işidir”- deyə o bildirib.

 

https://www.youtube.com/watch?time_continue=271&v=XPfbC1aLQ6g

 

M.Beheşti sözlərinin davamında qeyd edib ki, İranla Rusiya müharibəsi əslində Azərbaycan-Rusiya müharibəsi idi və Azərbaycan türklərindən başqa İranda kimsə bu müharibədə iştirak etməyib. Lakin biz bu müharibəni böyüdərək onu milli və hətta beynəlxalq müharibə kimi göstəririk. Həmçinin nəzərə almalıyıq ki, ozamankı beynəlxalq şəraitə görə Qafqazı əldə saxlamaq mümkün deyildi. Biz Əfqanıstan, körfəzin cənubu və İraqın bir hissəsini də itirmişik. Amma bunlar üçün Qafqaz qədər kədərlənmirik.”

 

Bütün bunları Pəhləvi dövrü ilə əlaqələndirən M.Beheşti bu işlərdə İngiltərənin də əli olduğunu deyib. “O yerləri ki, İngiltərə İrandan ayırıb biz onlar üçün kədərlənmirik. Çox maraqlıdır ki, biz yalnız Qafqaz üçün narahatıq!”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, 20-ci əsrin əvəllərində türk Qacarlar devrilərək yerinə farsdilli pəhləvilər hakimiyyəti gəldi. Tarixi faktlara görə, Qacarların süquta uğradılması və pəhləvi sülaləsinin hakimiyyətə gəlməsində başlıca rolu İngiltərə oynayıb. Bundan sonra İranda Qacarlara qarşı mənfi təbliğat başlayıb, o dövrdən qalan məmarlıq əsərlərinin tarixi gizlədilib, bəziləri isə məhv edilərək sıradan çıxarılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar