SON XƏBƏRLƏR

Medvedev Putin düşərgəsinə xəbərdarlıq etdi

2021.10.20, 07:36
Medvedev Putin düşərgəsinə xəbərdarlıq etdi

Gunaz.tv

GünAzTv: Kim prezidentin tapşırığını yerinə yetirmirsə, yerini boşaldaraq hara istəyir çıxıb getsin.

 

Mayın 7-də Rusiya prezidenti Dmitri Medvedevin dövlət başçısı postunda fəaliyyətə başlamasının iki ili tamam oldu. Siyasi ekspertlər Medvedevin prezidentliyinin birinci ili ilə ikinci ili arasında fərqlər olduğunu bildirirlər. Medvedev prezidentliyinin birinci ilində 38 işgüzar səfərdə olmuşdusa, ikinci ilində 61 belə səfər olub. Hakimiyyətinin ikinci ilində Medvedev idarəetmədəki çatışmazlıqları daha sərt tənqid etməyə başlayıb. O, baş nazir Vladimir Putinin kölgəsindən çəkilməyə başlayıb. Martın ortalarında hökumət üzvləri qarşısında çıxış edən prezidentin bu cümləsi yaddaşlardan silinməyib:"Hansısa işi bir az sonraya təxirə salmağı təklif edəndə bunun bir adı var: prezidentin tapşırığını yerinə yetirməmək. Kim prezidentin tapşırığını yerinə yetirmək istəmirsə, yerini boşaldaraq hara istəyir çıxıb getsin". Prezident köhnəlmiş strukturları tənqid etməklə yanaşı yenilərinin yaranmasına da start verib. O, 2009-cu ilin mayında modernləşdirmə komissiyasının təsis olunmasıyla bağlı fərman verib, Şimali Qafqazdakı problemləri həll etmək məqsədilə yeni federal mərkəz yaradıb.Dmitri Medvedev ötən ilin sentyabr ayında qələmə aldığı “Rusiya irəli” məqaləsində ölkənin problemlərini bu sözlərlə ifadə edib:"Biz nə vaxta qədər primitiv iqtisadiyyata, xroniki korrupsiyaya, başqalarına ümid olmaq ənənəsinə dözməliyik?" Buna görə də Medvedev idarəetmədə institusional dəyişikliklərə çalışır. Buna baxmayaraq Medvedevin sualında qaldırdığı problemlər varlığını qoruyur. Qeyd edək ki, Medvedev 2008-ci ildə Rusiya prezidenti seçilib. 1965-ci il sentyabrın 14-də Leninqradda (Sankt-Peterburqda) anadan olan Medvedev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə aspiranturanı bitirib. 1990-1999-cu illərdə təhsil aldığı universitetdə dərs deyib. 1995-ci ilədək Leninqrad Şəhər Soveti sədrinin müşaviri və Sankt-Peterburq meriyasının xarici əlaqələr komitəsinin eksperti işləyib. 1999-cu ildə Rusiya Federasiyası hökuməti aparatının rəhbərinin müavini, 2000-ci ildə isə birinci müavini olan Medvedev 2000-2003-ci illərdə “Qazprom”da çalışıb (Direktorlar Şurasınının sədr müavini, sədri). 2003-cü ilin oktyabr ayından 2005-ci ilin noyabr ayına qədər prezident administryasiyasına rəhbərlik edib. 2005-ci ilin noyabrından Rusiya baş nazirinin birinci müavini olub.  Azadliq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar