SON XƏBƏRLƏR

Medvedyev: Gürcüstanın NATO-ya daxil olması fəlakətə səbəb ola bilər

2021.10.20, 07:36
Medvedyev: Gürcüstanın NATO-ya daxil olması fəlakətə səbəb ola bilər

Gunaz.tv

GünAz TV: Rusiyanın Baş naziri Dmitriy Medvedyev bəyan edib ki, Gürcüstanın NATO-ya daxil olması fəlakətə səbəb ola bilər.

 

Trend-in məlumatına görə, Baş nazir bu barədə müsahibəsində bildirib: "Gürcüstanın NATO-ya daxil olması qorxunc münaqişə yarada bilər, başa düşülmür, ümumiyyətlə, bu, nəyə lazımdır?".

 

Qeyd edək ki, iyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyəti barədə yenidən xatırladıb. Lakin o, bunun nə vaxt baş verə biləcəyi ilə bağlı dəqiq tarix söyləməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar