SON XƏBƏRLƏR

Medvedyev qaz istəyir

2021.10.20, 07:36
Medvedyev qaz istəyir

Gunaz.tv
Medvedyev qaz istəyir medvedev1.jpg "Rəsmi Bakı diplomatik oyuna girişərək indi "yox" deməyib, danışıqlar aparılmasıyla razılaşsa da, bir müddət sonra "Qazprom"a rədd cavabı verəcək" Azərbaycanda səfərdə olan Rusiya prezidenti Dmitri Medvedevi müşayiət edən "Qazprom"un İdarə Heyətinin sədri Aleksey Millerə istinadən "APA" Azərbaycan təbii qazının Rusiyaya satışına dair danışıqlar haqda razılıq əldə olunduğu barədə məlumat yayıb. Aleksey Millər alınacaq qazın həcmi və qiyməti barədə məlumat verməyərək bildirib ki, "Qazprom" maksimum həcmdə və bazar qiymətləri əsasında Azərbaycan qazını almağa hazırdır. Qeyd edək ki, "Qazprom" bu ilin iyununda Azərbaycan qazını almaq niyyətini rəsmi Bakıya çatdırmışdı. Ramiz Mikayıloğlu Ötən gün isə Rusiya prezidentinin köməkçisi Sergey Prixodko səfərlə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında imzalanacaq bəyannamə qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcək. Sergey Prixodko Rusiya prezidentinin azərbaycanlı həmkarıyla görüşündə enerji resurslarının nəqliylə bağlı birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə edəcəyini vurğulayıb. Onun sözlərinə görə, yanacaq-energetika sahəsində əməkdaşlığın dərinləşməsilə bağlı maraqlı perspektivlər gözlənilir: "Enerji resurslarının nəqli ilə bağlı məsələ ənənəvi olaraq danışıqlarda "iştirak edir". Sergey Prixodko bildirib ki, Bakı-Tiflis-Ceyhan neft kəməri Moskvada xoş ovqat yaratmasa da, Rusiyanın bu layihəyə etirazı yoxdur: "Onlar digər enerji dəhlizlərini də inkişaf etdirmək istəyirlər. Bu bağlamda da, marşrutların müəyyənləşdirilməsilə əlaqədar enerji əməkdaşlığı müzakirə olunacaq".Mətbuat nümayəndələrinin Rusiyanın iştirakı ilə yeni enerji marşrutlarının mümkünlüyünə Prixodko təsdiqləyici cavab verib. Sergey Prixodko Rusiya prezidenti Dmitri Medvedev və Azərbaycan prezidenti İlham Əliyevin görüşü zamanı Xəzər dənizinin beynəlxalq-hüquqi statusu və dənizdə təhlükəsizliyin təmin olunması məsələsinin müzakirə ediləcəyini də vurbulayıb. Onun sözlərinə görə, bu məsələnin müzakirəsi Xəzəryanı ölkələrin dövlət başçılarının cari ildə Bakıda keçiriləcək 3-cü sammitinə hazırlıq kontekstində aparılacaq. Sergey Prixodko Dmitri Medvedevlə İlham Əliyevin görüşündə İran probleminə toxunulacağını istisna etməyib və bu ölkədə çoxsaylı Azərbaycan diasporunun olduğunu xatırladıb: "Azərbaycan prezidentinin bu məsələyə baxışı bizim üçün maraqlıdır". Köməkçinin sözlərinə görə, prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də fikir mübadiləsi aparacaqlar. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Rusiya bölgədəki qaz bazarına nəzarət etmək istəyir. Hazırda "Qazprom" türkmən, özbək qazını Avropa bazarlarına daşıyır. Rus şirkəti bu siyasətini Azərbaycanda da reallaşdırmaq istəyir. Ancaq o da məlumdur ki, Azərbaycan həm özünün, həm də Tüurkmənistanın qaz resurslarının ərazisi üzərindən Avropa bazarlarına daşınmasına çalışır. Əslində Bakı bu sahədə Moskvayla rəqabət aparır: "Bakı üçün təklif yararsızdır. Bizə sərf etməz ki, öz qazımızı və Orta Asiya qazını təzədən Rusiyaya sataq. Əksinə, Bakı Avropa Birliyi və Ankarayla ona görə danışıqlar aparır ki, Avropa ölkələrinin alternativ enerji mənbələri olsun. Qazımızı Rusiyaya satacaqdıqsa, "Nabucco" nəyə lazım idi?! Düşünürəm ki, Bakı da bu diplomatik oyuna girişərək indi "yox" deməyib, danışıqlar aparılmasıyla razılaşsa da, bir müddət sonra "Qazprom"a rədd cavabı verəcək". Ekspert vurğuladı ki, Azərbaycan üçün qazı Türkiyə üzərindən Avropaya satmaq daha sərfəlidir: "Qazımızı tək Türkiyəyə deyil, Türkiyə üzərindən Yunanıstana, "Nabucco" layihəsiylə Şərqi Avropa ölkələrinə, İtaliyaya satacağıq. Əlverişli olmasaydı, bu qədər vəsait ayrılıb boru xətləri inşa edilməzdi. Bu, çox önəmli bir bazardır. Onu da xatırladım ki, İsrailin naziri Bakıda olarkən dedi ki, onlar da Azərbaycanın neft və qazını almaq istəyirlər". Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın qaz resursları elə nəhəng səviyyədə də deyil ki, biz Türkiyə və Avropa Birliyi ilə yanaşı Rusiyaya da sataq: "Digər tərəfdən, Türkmənistanın Azərbaycan üzərindən Avropaya qaz satmaq niyyəti olsa da, bu layihə hələ reallaşmayıb. Ona görə də Azərbaycan üçün ən cəlbedici bazar Türkiyə və Avropa Birliydir". "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinə görə, Azərbaycan hökuməti danışıqları mümkün qədər uzadacaq: "Moskvaya "yox" deyilsə də, Azərbaycanın hər hansı təzyiqlə üzləşməsi real deyil. Çünki keçən əsrin 90-cı illərinin ortası deyil ki, Rusiya hər hansı vasitəylə Azərbaycana güclü təzyiq göstərsin. Azərbaycan alternativ yollarla enerji resursları hesabına milyardlarla dollar gəlir qazanır, Rusiyadan aslılığı aradan qalxıb. Belədə Moskvıa Bakıya necə təzyiq edə bilər? Əksinə, Avropa Birliyinin Rusiyadan qaz aslılığını azaltmaq üçün Birlik, o cümlədən ABŞ və Türkiyə Azərbaycana dəstəkləri artırmalıdırlar. Onlar da bunu başa düşürlər. Rusiyada da anlayırlar ki, Bakıya təzyiq mümkünsüzdür. Belə təklifi ortaya atmaqla diplomatik yollarla Azərbaycanı yola gətirməyə çalışırlar. Azərbaycan isə bu istiqamətdə öz gələcəyini, inkişafını Qərb və Qərb şirkətləriylə bağlayıb. Ümumi baxıldıqda, Azərbaycanla Rusiya enerji bazarında rəqibdirlər. "Qazprom"un da təklifi ondan irəli gəlir ki, Rusiya bu bazarda Azərbaycanı sıxışdırmaq istəyir. Rəqiblərin bir-birinin təklifinə asanlıqla razılaşması çətin olardı ". Elxan bəy onu da dedi ki, Vladimir Putin xarici siyasətə daha çox maraq göstərib, NATO-ya, ABŞ-a yönəlik kəskin açıqlamalar verib. Ancaq Dmitri Medvedyev daha çox iqtisadi layihələrə maraq göstərən prezident kimi diqqət çəkir. Baş nazirin müavini olarkən də Vladimir Putin ona iri iqtisadi layihələri tapşırıb və onları uğurla həyata keçirdiyinə görə sələfi kimi onu seçib. Doğrudur, arada bir NATO-yla, ABŞ-la bağlı müəyyən kəskin fikirlər söyləməyə çalışır, ancaq görünür ki, təhlükəsizlik məsələləriylə bağlı Rusiya prezidentinin fikirləri hələ sistemləşməyib. Ona görə Dmitri Medvedeyin Azərbaycana səfəri zamanı da əsasən iqtisadi məsələlərə diqqət yetirəcəyi öncədən gözlənilib: "Dmitri Medvedyevin köməkçisi Dağlıq Qarabağ məsələsindən, İran ətrafında yaranmış vəziyyətdən danışılacağını da söyləyib. Ancaq Dağlıq Qarabağ məsələsi ətrafında elə bir irəliləyiş yoxdur ki, Rusiya prezidenti ona saatlarla vaxt ayırsın. ATƏT-in Minsk qrupunun həmsədri Yuri Merzlyakov da danışıqlarda geriləmə qeydə alındığını söyləmişdi. Geriləmə varsa, Dmitri Medvedyev danışıqlara hansı yenilikləri gətirəcək? Sözsüz ki, danışıqlarda yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanın ixrac qazının alınması kimi iqtisadi məsələlər ağırlıq qazanacaq. Şimal nəqliyyat dəhlizi, İrandan dəmir yolunun çəkilməsiylə bağlı da danışıqlarda razılıq əldə oluna bilər". İran məsələsinə gəlincə, ekspert Rusiya və Azərbaycan prezidenti arasında bu yöndə nələrin müzakirə olunacağını proqnozlaşdırmağın çətin olduğunu söyləyir: "Çünki İran ətrafında yaranan situasiyada əsas oyunçu ABŞ-dır". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar