"Evin"də saxlanılan siyasi məhbuslar bəyanat yaydı: "Dustaqların həyatı təhlükə qarşısındadır"

2021-04-13 10:15

Tehranın "Evin" həbsxanasının 8-ci bölməsində saxlanılan məhbuslar koronavirusun yayılması ilə əlaqədar xəbərdarlıq bəyanatı yayıb. 

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda rəhbərliyin diqqətinə çatdırılır ki, həbsxanada koronavirusun geniş yayılması təhlükəsi var. 

Qeyd olunur ki, bu üzdən məhbusların həyatı təhlükə altına düşüb.

Bəyanatda 8-ci bölmədə iki məhbusun və üç həbsxana nəzarətçisinin COVİD-19-a yoluxduğu bildirilir, ölkə səviyyəsində  dördüncü dalğası başlanan epidemiyanın həbsxanalara da sıçradığını vurğulanır.

“Biz bütün siyasi dustaqların, adi məhbusların, hətta xarici vətəndaşların həyatlarının koronavirusun yayılması ilə əlaqədar təhlükədə olduğunu bildiririk. Koronavirusa Qarşı Mübarizə Mərkəzi bütün toplantıların və yaxın məsafə təmaslarının qadağan olunduğunu elan edib. Buna baxmayaraq, həbsxanalarda, xüsusilə "Evin" həbsxanasının 8-ci bölməsində məhbuslar bir yerdə saxlanılır. Bundan narahatlığımızı bildirir və təcili olaraq məhbusları məzuniyyətə göndərilmələrini tələb edirik"-məhbusların bəyanatında belə deyilir:

 

Qeyd olunur ki, İran məhkəmə sisteminin məsulları faciənin baş verməməsi üçün həbsxanadakı mövcud şəraiti düzgün qiymətləndirməlidir.

Xatırladaq ki, "Evin" həbsxanasının 8-ci bölməsində əsasən siyasi məhbuslar saxlanılır. 

 

Güney azərbaycanlı siyasi məhbuslar, o cümlədən Siyamək Mirzayi, Kiyanuş Aslani, Tohid Əmir Əmini, Behnam Şeyxi və Həmid Mənafi də cəzalarını burada çəkirlər. 

 

İnsan haqları təşkilatları və məhbusların hüquqlarını müdafiə qurumlarının verdikləri hesabatlarda bildirilir ki, İran həbsxanalarında dərman preparatları və səhiyyə imkanlarının məhdud olması məhbusların həyatını ciddi təhlükə qarşısında qoyur.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14