SON XƏBƏRLƏR

Mehdi Kuxiyan aclıq aksiyasının 5-ci günündə

2021.10.20, 07:36
Mehdi Kuxiyan aclıq aksiyasının 5-ci günündə

Gunaz.tv

GünAz TV: Bu gün Marağa zindanında aclıq edən güney azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyanın aclıq aksiyasının 5-ci günüdür.


“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri iyunun 17-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq qanuni hüquqlarının təmin edilməsi tələbi ilə aclığa başladığını bildirib.


Bir çox güney azərbaycanlı fəalın hüquqlarını müdafiə edən tanınmış hüquqşünas Nağı Mahmudi bu gün Mehdi Kuxiyanın ad günü olduğunu bildirib. Təəssüflər olsun ki, azərbaycanlı fəal ad gününü həbsxanada aclıq aksiyası keçirərək qeyd etməli olub.


Kuxiyanın yaxınlarının dediyinə görə, azərbaycanlı fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, onun fəalla bağlı hansı ssenari üzərində işlədiyi isə hələlik məlum deyil.
Bu kimi açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur. Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı mətbuatın gündəminə düşmüşdür.


Mehdi Kuxiyan 2017-ci ilin yanvarında (hicri-şəmsi təqvimi ilə 1395-ci ilin dey ayı) Məlikanın prokuroru Peyman Məhəmmədpur və bələdiyyə başçısı Fəhad Nərimanpurun şikayəti əsasında Marağanın kiber polisi tərəfindən yaşadığı Məlikan şəhərində saxlanmışdır. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdır.


Mehdi Kuxiyan 2018-ci ilin mart ayında Marağa İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilib. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə olaraq sistemə qarşı təbliğat aparma ittihamı ilə azadlıqdan məhrum edilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar