SON XƏBƏRLƏR

Mehdi Kuxiyan dodaqlarını tikərək aclıq aksiyasına başlayıb – Marağa zindanında

2021.10.20, 07:36
Mehdi Kuxiyan dodaqlarını tikərək aclıq aksiyasına başlayıb – Marağa zindanında

Gunaz.tv

GünAz TV: Marağa zindanında saxlanılan güney azərbaycanlı milli-mədəni fəal və “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri Mehdi Kuxiyan dodaqlarını tikərək aclıq aksiyasına başlayıb.

 

Fəalın iyulun 30-u səhər saatlarından aclığa başladığı bildirilir.

 

Azərbaycanlı fəal mədə xəstəliyinin müalicə olunmasına imkan verilməməsi, zindan məmurları tərəfindən döyülməsi ilə bağlı şikayətinə baxılmaması (bundan əvvəl döyülməsi ilə bağlı şəkillər zindan məsullarına təhvil verilib) və təhlükəsizlik orqanlarının ailə üzvlərinə təzyiq etməsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.

 

Aclığa başladıqdan sonra fəalın zindanın karantin bölümünə köçürüldüyü ehtimal olunur.

 

Azərbaycanlı fəal aprelin 8-də Ettelaat əməkdaşları tərəfindən saxlanılıb və aprelin 13-də Ettelaat İdarəsinin təcridxanasından Marağa zindanına intiqal edilib.

Fəal yaxalanarkən Ettellat əməkdaşları tərəfindən döyülüb, o aldığı zərbələrdən baş nahiyyəsindən yaralanmışdır.

 

Fəalın yaxınlarının dediyinə görə, o Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə Ettelaat əməkdaşları tərəfindən saxlanılıb, deputat və Ettelaat İdarəsinin onunla bağlı hansı ssenari qurduqları məlum deyil.

Qeyd edək ki, Salman Xudadadi bir müddət əvvəl Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüzü və onun şübhəli ölümü ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

 

Azərbaycanlı fəal saxlandıqdan sonra yeni dosye ilə üzləşib, lakin barəsində vəsiqə qərarı çıxarılıb. Onun hazırda bundan əvvəlki dosye ilə bağlı saxlandığı qeyd olunur. Deyinlərə görə, zindan məsullarının razılıq verməsinə baxmayaraq prokuror təhlükəsizlik qüvvələrinin təzyiqi ilə onun məzuniyyətə çıxmasına icazə vermir.

 

Məlikan sakini olan milli-mədəni fəal Mehdi Kuxiyan “Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiridir. O Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə, bundan əvvəl də dəfələrlə saxlanılıb və həbs olunub.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar