SON XƏBƏRLƏR

Məhəmməd Bin Salman: “İran atom bombası istehsal etsə, biz də edəcəyik”

2021.10.20, 07:36
Məhəmməd Bin Salman: “İran atom bombası istehsal etsə, biz də edəcəyik”

Gunaz.tv

GünAzTV: Səudiyyə Krallığının vəliəhdi Məhəmməd Bin Salman, martın 15-də Amerikanın CBS telekanalına müsahibəsində İranın nüvə silahına yiyələnmək üçün gizli apardığı fəaliyyətindən və region ölkələrinə qarşı gündən-günə artan təhdidindən danışıb.

 

Öz müsahibəsində İranın dini lideri, axund Əli Xamneyini Hitlerə bənzədən Məhəmməd Bin Salman deyib ki, əgər İran nüvə silahına yiyələnsə, Səudiyyə Ərəbistanı Tehranın bu təhlükəsi qarşısında sakit oturub baxmaqla kifayətlənməyəcək: “Bildirirəm ki, əgər İran atom bombası istehsal etsə, biz də edəcəyik. Səudiyyə Ərəbistanı nüvə silahına yiyələnmək fikrində deyil. Lakin əgər İran buna nail olsa və atom bombası istehsal etsə, şübhəsiz ki, biz də dərhal bu işə başlayacağıq, tam sürətlə də bunu edəcəyik.

 

Belə olduqda isə, bölgədə yaşanan mövcud böhran daha da dərinləşəcək və regionda nüvə yarışması ehtimalı və təhlükəsi artacaq. Biz isə belə olmasını istəmirik”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar