Məhəmməd Bin Salman: “İran, “Müsəlman Qardaşları” və terrorçu qruplaşmalardan ibarət şər üçbucağı islamın simasını korlayıb”

03.04.2018, 11:42

GünAzTV: Amerikada səfərdə olan Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd Bin Salman aprelin 2-də “Atlantik” jurnalına müsahibəsində İranın region ölkələrinə qarşı apardığı dağıdıcı fəaliyyətindən və islamçı terrorçu qruplaşmalara dəstəyindən danışıb.

 

Öz müsahibəsində İranın dini lideri axund Əli Xamneyini nasist Almaniyasının rəhbəri Adolf Hitlerdən daha təhlükəli bir şəxs adlandıran Məhəmməd Bin Salman deyib ki, hazırda bölgədə İran, “Müsəlman Qardaşları” və terrorçu qruplaşmalar, şər üçbucağını təşkil edən ekstremist qüvvələrdir: “İslam, sülh dinidir. Lakin bu gün bölgədə İran, “Müsəlman Qardaşları” və ekstremist terrorçu qruplaşmalardan təşkil edilən şər üçbucağı, öz siyasi hədəflərinə çatmaq üçün islamın simasını korlayaraq ondan bir vəsilə kimi istifadə edirlər. Bu arada İranın dini lideri Əli Xamneyinin xüsusi bir rolu var. O, nasist Almaniyasının rəhbəri Hitlerdən daha təhlükəli bir şəxsdir.

 

Çünki, İran rejimi özünün şiə düşüncəsinə əsaslanan fundamentalist “Vilayət-i Fəqih” ideologiyasını bölgəyə yaymağa çalışır. İranlı ruhanilərin fikrincə, onların düşüncəsi bütün dünyaya hakim olaraq ona rəhbərlik edəcək. Məhz bu düşüncə tərzinə görə də, onlar radikal qruplara yardım edir, onları dəstəkləyirlər. Bu isə qəbuledilməzdir”.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23