SON XƏBƏRLƏR

Məhəmməd Güneylinin sonuncu məhkəmə iclası keçirilib – Təbrizin İnqilab Məhkəməsində

2021.10.20, 07:36
Məhəmməd Güneylinin sonuncu məhkəmə iclası keçirilib – Təbrizin İnqilab Məhkəməsində

Gunaz.tv

GünAz TV: Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində güney azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin sonuncu məhkəmə iclası keçirilib.

 

Fevralın 23-də baş tutan 8-ci məhkəmə iclasında“özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat ötürmək” və “düşmən ölkələrlə irtibaq qurmaq və əməkdaşlıq etmək” ittihamlarına baxılıb.

 

Məhkəmə prosesində Məhəmməd Güneyli ilə birlikdə onun vəkili, eləcə də prokurorluq və “Sepah”ın kəşfiyyat bölümünün nümayəndləri də iştirak edib.

 

Məhəmməd Güneyli irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni “Sepah”ın kəşfiyyat bölümünün uydurduğu dosyedən təsir almamağa çağırıb.

 

Fəalın vəkili Məcid Kuhpayə irəli sürülən ittihamları sübut edən heç bir dəlil və sənədin təqdim olunmadığını qeyd edərək bildirib ki, “Sepah”dan fərqli olaraq hətta Şərqi Azərbaycanın Ettelaat İdarəsi Məhəmməd Güneylini casus kimi tanımadığını bildirib.

 

Azərbaycanlı vəkil prokurorluq tərəfindən hazırlanan iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda İslam Cümhuriyyətinin əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə ötürmək” və “İslam Cümhuriyyətinin əleyhinə düşmən dövlətlərə casusluq etmək” kimi qondarma ittihamlarla üzləşib.

Üçüncü məhkəmə iclasında hakim Cinayət Prosessual Məcəlləsinin 280-cı maddəsinə uyğun olaraq fəalın ittihamlarından birini dəyişib. Bundan əvvəl düşmən ölkələrə casusluqda günahlandırılan Məhəmməd Güneylinin ittihamı İslam Cümhuriyyətinə düşmən olan dövlətlərlə irtibat qurmaq və əməkdaşlıq etməklə dəyişdirilib.

 

Fevralın 13-də Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin 26-cı şöbəsində fəala qarşı irəli sürülən digər ittihama baxılıb. Apellyasiya Məhkəməsi fəalın “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində mətləblər paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamına görə məhkum edildiyi 6 aylıq həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.

 

Məhəmməd Güneyli Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanmışdır. 11 ay cismi və ruhi işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Azərbaycanlı vəkil tutulmadan əvvəl, kimliyi məlum olmayan bir şəxs onunla telefon əlaqəsi saxlayaraq Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məlumat verəcəyini bildirib. Vəkil 2019-cu il yanvarın 23-də onunla görüşmək üçün Məlikan şəhərinə gedib. O bir gün sonra “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılmışdır.

 

Məhəmməd Güneyli saxlandıqdan sonra Vəkillər Kollegiyası Mərkəzi, məhkəmə hökmü ilə onun adını siyahıdan çıxarıb, onun vəkillik lisenziyası ləğv edilib.

 

Xatırladaq ki, Zəhra Nəvidpur həyatdaykən Məlikanın sözdə millət vəkili Salman Xudadadi tərəfindən 4 il cinsi təcavüzə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən təhdid edilmişdir. Zəhra Nəvidpurun cansız bədəni 2019-cu il yanvarın 6-da anasının evində tapılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar