Məhəmməd Rəhmanifər: "Azərbaycanlı siyasi məhbusların həyat və sağlamlığı təhlükədədir"

2020-12-02 14:09

Yayılan məlumatlar Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan tanınmış iki güney azərbaycanlı milli- mədəni fəal Abbas Lisani və Yusif Karinin ciddi koronavirus təhlükəsi ilə üz-üzə qaldığından xəbər verir.

Gunaz.tv Quote | Gunaz article

Xəstəxananın həkimi bildirir ki, hər iki fəalda koronavirusun əlamətləri müşahidə edilir. Amma Ərdəbil zindanında tibbi ləvazimatların yetərsiz olması, eləcə də həbsxananın tibb məntəqəsində hazırda çoxlu sayda koronavirusa yoluxmuş məhkum müalicə almasından meydana gələn yer çatışmazlığı səbəbindən hər iki fəal heç bir zəruri analiz və tibbi müdaxilə edilmədən yenidən cəzalarını çəkmək üçün öz bölmələrinə qaytarılıb. 


Koronavirusun yayılmasından sonra İran rejiminin bir qrup siyasi məhbus da daxil olmaqla, çoxlu sayda məhkumu müvəqqəti məzuniyyətə buraxmasına baxmayaraq, Abbas Lisani, Lətif Həsəni və Əlirza Fərşi kimi məhkumluq həyatı yaşayan tanınmış güney azərbaycanlı milli fəallara bu qanuni hüquqlarından istifadə haqqı tanınmadı. Halbuki onlar məzuniyyət haqqından yararlanmaq üçün bütün şərtlərə uyğundurlar. 


Görünür, Tehran hökumətinin həbsxanalarının rəsmiləri güney azərbaycanlı milli fəallarla siyasi məhbus kimi deyil, girov kimi davranırlar. Yoxsa koronavirusun kəskin yayıldığı bu cür ağır vəziyyətdə həbsxana məsullarının Abbas Lisaninin ailəsi ilə telefon əlaqəsi yaratmasının başqa səbəbi yoxdur. 


Abbas Lisani ilə eyni bölümdə yatan digər milli fəal Yusif Karinin ailəsi ilə telefon əlaqəsi zamanı dedikləri göstərir ki, hər iki fəalın vəziyyətin narahatlıq doğurur və onlara təkcə tibbi xidmətlərdən yararlanmağa yox, eləcə də koronavirusla bağlı məzuniyyət hüququndan istifadə etməyə icazə verilməlidir. Əks təqdirdə, mümkün ola bilər hər bir xoşagəlməz hadisəyə görə məsullar məsuliyyət daşıyacaq.


İranın məsulları bilməlidirlər ki, Azərbaycanın övladları Abbas Lisani və Yusif Karinin bu vəziyyətdə Ərdəbil zindanının soyuq divarları arasında qalması ilə barışmayacaq və buna icazə verməyəcək.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23

gun az article

GünazTV Jan.22.2021-Azadlıq səsi: Amerikada demokrasi qələbəsi - Milli fəaların həbsxana dirənişi və İranda ekonomi

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Paylaşım programı, 25-ci Bölüm.

2021-01-22

gun az article

Urmu Zooparkının acınacaqlı durumu+video

2021-01-22

gun az article

Rəşt Universitetinin rəhbərliyi “Yağış” öyrənci dərgisinin nəşrinə əngəl törədir

2021-01-22

gun az article

Ərdəbil donub-tepmeratur mənfi 20 dərəcəyə düşüb

2021-01-22

gun az article

Rəştdə Qarabağ məhkumları bəraət alıblar

2021-01-22

gun az article

İranda sünni din xadimi edam edilib

2021-01-22

gun az article

Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb

2021-01-22

gun az article

GünazTV Jan.20.2021-Sözümüz: Əli Təbrizli

2021-01-22

gun az article

GünazTVJan.21.2021- Düşünməyə Çağırı: Qarabağ və Türk Dünyası

2021-01-22

gun az article

Qərbi Azərbaycanda 482 kəndin yolu bağlanıb

2021-01-21

gun az article

İran hökuməti “Şah İsmayıl Səfəvi Fondu” yaradır

2021-01-21

gun az article

Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub

2021-01-21