SON XƏBƏRLƏR

Məhəmməd Xatəminin şəxsi saytının fəaliyyətinə qadağa qoyuldu

2021.10.20, 07:36
Məhəmməd Xatəminin şəxsi saytının fəaliyyətinə qadağa qoyuldu

Gunaz.tv

GünAzTv: İranın sabiq prezidenti Məhəmməd Xatəminin rəsmi xəbər saytı /khatami.ir/ məlumat yayaraq bildirib ki, "Kibernetika cinayətləri haqqında" qanuna əsasən həmin saytın İran daxilində fəaliyyətinə məhdudiyyət qoyulub.

 

Məlumatda bildirilir ki, kompüter cinayətkarlığını təyin edən işçi qrup /http://www.khatami.ir/ saytının fəaliyyətinin bu qanununun 32-ci maddəsinə uyğun olmadığını əsas gətirərək noyabrın 3-dən etibarən bu sayta ölkə daxilində internet xidmətləri verilməsindən imtina edilməsinə göstəriş verib.

 

İran rəsmiləri hələlik bu xəbəri nə təsdiq, nə də təkzib ediblər.

 

Məhəmməd Xatəmi İranın islahatçılar düşərgəsindəndir. O, 1997-2005-ci illər ərzində bu ölkənin prezidenti olub. Xatəmi 2009-cu il prezident seçkilərində prezidentliyə namizəd Mir Hüseyn Musəvini dəstəkləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar