Məhəmmədrza Fəllahzadə “Sepah”ın “Qüds” briqadası komandanının müavini vəzifəsinə təyin edilib

2021-04-20 13:44

Məhəmmədrza Fəllahzadə “Sepah” terror təşkilatının xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” briqadası komandanının yeni müavini vəzifəsinə təyin edilib.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata əsasən, M. Fəllahzadə “Sepah”ın baş komandanının təklifi və İranın “dini lider”inin razılığından sonra “Qüds” briqadası qüvvələrinin komandanı İsmayıl Qaaninin müavini vəzifəsinə təyin edilib.


Bildirilir ki, “Sepah”da “Əbu Bağır” ləqəbi ilə tanınan Məhəmmədrza Fəllahzadə yeni vəzifəyə təyin edilməklə iki gün əvvəl dövlət televiziyasından ölüm xəbəri yayılan Məhəmməd Hüseynzadə Hecazini əvəz edib.


“Sepah”ın “Qüds” briqadasının keçmiş komandanı, Qasım Süleymaninin yaxın adamlarından olduğu bildirilən Məhəmmədrza Fəllahzadə tutduğu vəzifəyə görə, “Sepah”da yüsək vəzifəyə sahib olan üçüncü şəxsdir. 


Onun bundan əvvəl Suriyada gedən savaşda Qasım Süleymaninin köməkçilərindən biri olduğu bildirilir. 


Xatırladaq ki, İran Dövlət Televiziyası aprelin 18-i axşam saatlarında “Sepah”ın “Qüds” briqadası komandanının müavini Məhəmməd Hüseynzadə Hecazinin ölüm xəbərini yaysa da, onun ölümünün səbəbini açıqlamayıb.

Məhəmməd Hüseynzadə Hecazi

 
“Sepah” əvvəlcə generalının “ürək çatışmazlığından” öldüyü barədə məlumat yaysa da, “Sepah”ın İran-İraq savaşında həlak olmuş məşhur komandirlərindən olan Məhəmməd İbrahim Hemmətin oğlu Məhəmməd Mehdi Hemmət “Twitter”dəki şəxsi hesabında paylaşım edərək, “Sepah” generalının ürək çatışmamazlığından öldüyünü təkzib edib.


Aprelin 19-da isə “Sepah” ın sözçüsü Ramazan Şərif dövlət televiziyasına açıqlamasında Məhəmməd Hüseynzadə Hecazinin “ürək çatışmamazlığından” yox, İran-İraq savaşı zamanı düşmənin işlətdiyi kimyəvi silahlardan travma aldığını və onun indiyə qədər davam edən həmin travmanın təsirindən öldüyünü bildirib.


Heç bir xəstəliyi olmayan Məhəmməd Hüseynzadə Hecazinin müəmmalı ölümünün səbəbi barədə ziddiyyətli xəbərlər yayılsa da, bəzi xarici və ölkədaxili mənbələr onun bir neçə il əvvəl Livanda fəaliyyət göstərdiyi vaxtda İsrail kəşfiyyatı (Mossad) tərəfindən əməkdaşlığa cəlb edildiyi və onun səssiz-səmirsiz aradan götürülməsinin səbəbini isə bununla əlaqədar olduğunu bildirirlər. 


A.M 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İrandan Qarabağa qeyri-qanuni yük daşınmasını əks etdirən növbəti görüntü yayılıb - VİDEO

2021-05-08

gun az article

İranda koronavirusdan daha 283 nəfər ölüb, 13 576 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-08

gun az article

İranın Kürdüstan əyalətində 4,4 bal gücündə zəlzələ baş verib

2021-05-08

gun az article

Qərbin İran siyasəti dəyişə bilər: "Nüfuzlu amerikalı araşdırmaçıların gəldiyi nəticə çox önəmlidir"-RƏYLƏR

2021-05-08

gun az article

Xalq şairi Musa Yaqub doğulduğu kənddə dəfn olunub

2021-05-08

gun az article

Səfir: “Azərbaycanın dəstəyi sayəsində Gürcüstanda bir çox insanın həyatı xilas edilib”

2021-05-08

gun az article

Sistan-Bəlucistanda silahlı qarşıdurma: “Bəsic”in 2 üzvü öldürüldü

2021-05-08

gun az article

ANAMA: Füzulidə minatəmizləmə əməliyyatları davam etdirilir

2021-05-08

gun az article

Vətən müharibəsinin şəhidi Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilib

2021-05-08

gun az article

Əziz Şuşa, biz qayıtmışıq!- 29 ildən sonra qalada Azərbaycan bayrağı dalğalanır 

2021-05-08

gun az article

Azərbaycanda ictimai nəqliyyat 7 gün işləməyəcək

2021-05-08

gun az article

Vyanada İranla dünya gücləri arasında nüvə danışıqlarının 4-cü raundu başlayıb

2021-05-08

gun az article

İlham Əliyev Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

2021-05-07

gun az article

Məktəblərdə dərslər qismən bərpa olunur

2021-05-07

gun az article

Azərbaycan səfirliyindən Latviya Seyminə ETİRAZ

2021-05-07

gun az article

Prezidentin köməkçisi Şuşadan şəkillər PAYLAŞDI

2021-05-08

gun az article

ÜST Çinin “Sinopharm” peyvəndini istifadə üçün təsdiqlədi

2021-05-07

gun az article

Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

2021-05-07

gun az article

"Qarabağı unudun"-Erməni deputat xalqa çağırış etdi

2021-05-07

gun az article

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

2021-05-07