SON XƏBƏRLƏR

Məhəmmədrza Sübhxiz Təbrizin həbsxanasında ölüm ayağında

2021.10.20, 07:36
Məhəmmədrza Sübhxiz Təbrizin həbsxanasında ölüm ayağında

Gunaz.tv

GünAz TV: Təbrizin Mərkəzi zindanında 8 ildən çoxdur qondarma ittihamla məhbus həyatı yaşayan Məhəmmədrza Sübhxiz 20 gündən çoxdur ki, aclıq aksiyası keçirir, onu çox ağır vəziyyətdə olduğu bildirilir.


Məlumata görə, gənc məhbus dəfələrlə qan qusub, o demək olar ki, ölüm ayağındadır.


Məhbus məhkəmə prosesinin təhlükəsizlik qüvvələrinin təzyiqi ilə keçirildiyi və barəsində məqsədyönlü şəkildə dosye təşkil olunduğuna etiraz olaraq aclıq aksiyası keçirir.


M.Sübhxizin yaxınlarının verdiyi məlumata görə, zindanın 12-ci bölümünün məsulu Raşidi və həbsxananın həkimi Sadiqi onun vəziyyəti ilə maraqlanmır. Onlar məhbus ölməyənə qədər onu ciddiyə almayacaqlarını bildiriblər.


Budan öncə M.Sübhxiz səs faylı vasitəsi ilə və onun ailəsi müxtəlif insan haqları qurumları, həmçinin siyasi və qeyri-siyasi təşkilatlara müraciət edərək onun azadlığa buraxılması üçün cəhd göstərmələrini tələb ediblər.


M.Sübhxiz dosyesi ilə bağlı bildirib ki, o Həsənzadə adlı bir polis əməkdaşı ilə arasında yaşanan qarşıdurmaya görə qondarma oğurluq ittihamı ilə saxlanılıb. Təcridxanada  ağır işgəncəyə məruz qalan müttəhim yalan etiraf verməyə məcbur edilib. O işgəncələrə dözməyərək dəfələrlə poliklinikaya da aparılıb.


Azərbaycanlı gənc barəsində təşkil olunan qondarma dosye əsasında, nəhayət 3 il həbs və sözdə götürdüyü malı geri qaytarmaq cəzası ilə üzləşib. Lakin o 8 ildən çoxdur həbsdədir, naməlum səbəbdən azadlığa buraxılmır.


Məhbusun sözlərinə görə, Həsənzadə onun azadlığa buraxmasına imkan verməyəcəyini dəfələrlə vurğulayıb.


Onun haqqında yayılan xəbərlərdən məlum olur ki, həqiqətən də barəsində qondarma dosye təşkil olunub. Dosyedə başqa bir şəxslə əlaqədar ittiham olunan gənc, həmin şəxsi ümumiyyətlə tanımadığını bildirib.


M.Sübhxiz aclıq aksiyasının ilk həftəsində ağzını və dodaqlarını tikib, o zindan məsullarının irəli sürdüyü tələblərlə bağlı verdikləri vədlərdən sonra dodaqlarındakı tikişləri götürüb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar