SON XƏBƏRLƏR

Məhkəmə sistemi “Amadnews”la əlaqəli bir neçə vəzifəli şəxsin tutulmasını təkzib edib

2021.10.20, 07:36
Məhkəmə sistemi “Amadnews”la əlaqəli bir neçə vəzifəli şəxsin tutulmasını təkzib edib

Gunaz.tv

GünAz TV: İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli “Amadnews” saytının təsisçisi Ruhullah Zəmlə əlaqəli Prezident Aparatı və təmsil etdiyi qurumda bir neçə şəxsin tutulmasıyla bağlı yayılan xəbərləri təkzib edib.

 

Buna baxmayaraq, bu gün “Sepah” terror təşkilatına məxsus xəbər saytlarından biri “Amadnews”la əlaqəsi olan  olan şəxsləri könüllü şəkildə təslim olmağa çağırıb.

 

Qulamhüseyn İsmayıli keçirdiyi mətbuat konfransında bu ana qədər Ruhullah Zəmlə əlaqəli nə hökumət, nə məhkəmə sistemi, nə də ki, silahlı qüvvələrdən heç kimin həbs edilmədiyini deyib.

 

O, Zəmin saxlanmasından öncə onunla əlaqəsi olan bir neçə nəfərin həbs edildiyini təsdiqləyib. Sözçü əlavə edib ki, Ruhullah Zəmin özünün həbsindən sonra isə hələ ki, onunla əlaqədə şübhəli bilinən heç kim məsuliyyətə cəlb edilməyib.

 

Qulamhüseyn İsmayıli saxlanılan həmin şəxslərin adları və ya hansı vəzifə sahibi olduqları barədə detalları açıqlamayıb.

 

Xatırladaq ki, oktyabrın 20-də İran Milli Məclisinin deputatı Cavad Kərimi Qüddüsi Prezident Aparatının bəzi məsul şəxslərinin “Amadnews”la əlaqələrinə görə həbs edildiyini bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar