SON XƏBƏRLƏR

Məhkəmə Tikantəpənin Sarıcalı kəndinin əhalisinə qarşı ədalətsiz qərar çıxarıb – VİDEO

2021.10.20, 07:36
Məhkəmə Tikantəpənin Sarıcalı kəndinin əhalisinə qarşı ədalətsiz qərar çıxarıb – VİDEO

Gunaz.tv

GünAz TV: Tikantəpə Məhkəməsinin 2-ci şöbəsi Sarıcalı (Sarıclu) kəndinin yoxsul əhalisini kəndin ətrafında polimetal mədənində iş aparan sahibkarlara cərimə ödəməyə məhkum edib.

 

Ötən günlərdə açıqlanan məhkəmə hökmü kəndin 20 sakininə göndərilib. Hökmə əsasən kənd əhalisinin hər biri 23,809,520 rial mədənçilərə, məhkəmə prosesinin xərci ilə bağlı isə 16,516,664 rial (məhkumların hər biri 825,833 rial) əlavə olaraq şikayətçiyə ödəməlidir.

 

“Nəsr Mədən Məhsulları İşçiləri” Şirkəti hökumət orqanlarında olan nüfuzundan istifadə edərək polimetal mədənini ələ keçirib. Bu mədən kənd əhalisi üçün bir çox problem yaradır.

 

Sarıcalı kəndi əhalisi ötən illərdə şirkətin texnikası mədənə gətirildiyi zaman etiraz yığıncağı keçirib. Yığıncaq zamanı mədənçilərlə kənd əhalisi arasında qarşıdurma yaşanıb, əhalinin aksiyası polisin sərt müdaxiləsi ilə dağıdılıb.

 

https://www.youtube.com/watch?time_continue=27&v=9X_JaABQRI4

 

 

Kənd əhalisi mədənçilər tərəfindən dəfələrlə təhdid edilib, onlar məhkəmə prosesi zamanı prokuror tərəfindən də şallaq cəzası ilə hədələnib.

 

Məhrumiyyət içində yaşayan Sarıcalı kəndi əhalisi normal kənd yolu və içməli su təchizatı imkanlarından məhrumdur. Mədənin yerləşdiyi məntəqə kənd əhalisinin əkin və hətta içməli su mənbəyi sayılır.

 

Sarıcalı kəndinin Polimetal mədənində mis, qurğuşun, sink (ruy), dəmir və az miqdarda qızıl metalları mövcuddur. Mədən, kəndin 500 metrliyində yerləşir və ölkə qanunlarına görə bu mədəndə iş aparmaq qeyri-qanuni hesab olunur. Lakin mədənçilər hökumət orqanları ilə olan münasibətlərindən sui-istifadə edərək mədəndə istehsal işlərinin aparılması ilə bağlı lisenziya almağa nail olublar.

 

Kənd əhalisi mədəndən qalxan tozların kəndi bürüdüyünü, ağır texnikanın əkin yerləri və nəticədə heyvandarlıq işlərinə də ziyan vurduğunu deyir.

 

Mədənin bir neçə sahibkara aid olduğu qeyd olunur. Onlardan biri isfahanlı, digəri isə uzun illər öncə Qum şəhərinə köçmüş, Elmi-hözvədə işləyən əslən tikantəpəli Məhəmməd Sadiq Əsğəridir. Mədənçilərin “Sepah”la əməkdaşlıq etdiyi bildirilir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar