SON XƏBƏRLƏR

Mehrdad Kərəminin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq yaradılıb

2021.10.20, 07:36
Mehrdad Kərəminin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq yaradılıb

Gunaz.tv

GünAz TV: Tutuqlu azərbaycanlı fəal Mehrdad Kərəminin azadlığı uğrunda fəaliyyət göstərəcək Veblaq işə başlayıb.

 

Veblaqdakı məlumata görə, Kərəmi bazar günü (dekabrın 25-i , deyin 4-ü) öz ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq bir gün öncə Təbrizdən Zəncana köçürüldüyü və hazırda Zəncan ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldığını bildirib.

 

Qeyd edək ki, tanınmış öyrənci fəal Mehrdad Kərəmi dekabrın 24-ü (deyin 3-ü) Təbrizdə ETTELAAT məmurları tərəfindən tutuqlanıb.

 

Xatırladaq ki, Azərbaycanşünaslıq Ocağının keçmiş müdir-məsulu olan adını çəkdiyimiz azərbaycanlı fəal, dəfələrlə milli və mədəni zəmindəki fəaliyyətlərinə görə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.

 

http://www.mehrdadkeremi.blogfa.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar