Məhsa Mehdili: "Abbas Lisaniyə verilən cəza bütün hərəkata verilən cəzadır" – Müsahibə

07.11.2019, 14:23

GünAz TV: Məhsa Mehdili Güney Azərbaycandakı milli hərəkatın liderlərindən olan Abbas Lisaniyə qarşı verilən 15 il həbs və iki il sürgün cəzasını, bütün hərəkat və milli fəallara qarşı çıxarılmış bir cəza kimi dəyərləndirir.


Siyasi ekspert “Amerikanın Səsi” ilə söhbətdə deyib ki, “17 il bir mədəni fəal üçün və bizim hərəkata qarşı çox ciddi bir sanksiyadır. Çox ciddi bir cəzadır. Hamımız bunun qarşısında durmalıyıq. Bunu sadəcə Abbas bəyə deyil, bütün milli hərəkatımıza və bütün aktivistlərimizə kəsilmiş bir hökm kimi görməliyik.”


Apellyasiya Məhkəməsində həbs müddəti 8 ildən 15 ilə artırılan Abbas Lisaninin dosyesi ilə bağlı İranın Ali Məhkəməsinə müraciət etməyə hazırlaşan vəkil Məhəmmədrza Fəqihi oktyabrın 20-də nəzarət altına alındı. O daha sonra sərbəst buraxılsa da, Lisanini müdafiə etdiyi üçün təhlükəsizlik qurumunun basqı və təhdidlərinə məruz qaldığı bildirilir.

 

 

Abbas Lisani


Məhsa Mehdilinin sözlərinə görə, “vəkilin həbs edilməsi əslində məhkəmə və hüquq sisteminin nə qədər iqtidara, hökümətə və zora xidmət etdiyini göstərir. Məhkəmənin bir ədalət qurumu olmadığını göstərir. İnsanlar məhkəməyə güvənə bilməyəcəksə, özünü müdafiə edə bilməyəcəksə, vəkillər də gedib insanları müdafiə edə bilməyəcəksə, demək ki, tamamən bir vəhşət, terror və zorbalıq sistemi qurulmuşdur.”


Mehdili Abbas Lisaninin “Güney Azərbaycan milli hərəkatındakı ağırlığına və insanları səfərbər etmək qabiliyyətinə” diqqət çəkərək əlavə edir ki, “Abbas bəyin həm mücadilə metodlarına, həm də dediklərinə baxdığımızda görürük ki, onun mücadiləsinin ana xətti mədəni və dinc şəkildə hərəkət etməkdir.”


O hesab edir ki, “mədəni şəkildə fəaliyyət edən birini belə ağır cəzalar və əziyyətlərə məruz qoyaraq, istər-istəməz milli hərəkatı radikallaşdırmağa çalışırlar.”


Məhsa Mehdili həmçinin son vaxtlar Güney Azərbaycan və Tehranda türkcə kitablar nəşr edən naşirlərin məruz qaldığı basqılara dair fikirlərini “Amerikanın Səsi” ilə paylaşıb:
“Hakimiyyət üçün əsas məsələ o kitabların türkcə olmasıdır. Ola bilər ki, məzmunu misal üçün, tamamən dini bir kitab olsun. Hətta bunları tərifləyən bir məzmun ola bilər. Amma türkcə olduğu üçün ona qarşı çıxırlar.”
O əlavə edir ki, “İran hakimiyyəti yumşalmaq yerinə, tələblərə qulaq asmaq yerinə yeni cəbhə açıb. Türk dilini haradasa evlərdə qadağa edəcəklər. ‘Farsca yetərlilik testi’ təşəbbüsünü də gördük. Türkcəni Azərbaycanda və türklərin evində yox etməyə yönəlik layihələr inkişaf etdirirlər.”


Müsahibənin Audiosunu qaynağımız olan aşağıdakı Link-dən izləyə bilərsiniz:


https://www.amerikaninsesi.org/a/abbas-lisaniy%C9%99-veril%C9%99n-c%C9%99za-b%C3%BCt%C3%BCn-h%C9%99r%C9%99kata-veril%C9%99n-c%C9%99zad%C4%B1r-/5152916.html

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizin cümə imamından iddia: "İranın bölgədəki gücü Rusiyanı bizimlə münasibətlər qurmağa məcbur edib"

2022-01-21

gun az article

Həmədanda məktəblilər arasında narkotikaya meyillənənlərin sayı artıb

2022-01-21

gun az article

Şərqi Azərbaycanda sahibkarların fəaliyyətinə əngəllər yaradılır

2022-01-21

gun az article

Qəzvin xəstəxanalarının 80 faizi istifadəyə yararsızdır

2022-01-21

gun az article

Şərqi Azərbaycanda həbslər: Korrupsiyada ittiham olunan hökumət məmurları saxlanılıb

2022-01-21

gun az article

Ərdəbildə yollar bağlanıb- Qar təmizləyən texnika çatışmır-VİDEO

2022-01-21

gun az article

Şərqi Azərbaycanın 12 qeyri-maddi mədəni irs nümunəsi milli əsərlər siyahısına salınıb

2022-01-21

gun az article

Təbriz metrosu üçün nəzərdə tutulan vaqonlar Şiraza verildi-VİDEO

2022-01-21

gun az article

Ərdəbil mollasından Azərbaycan Respublikasına məsləhət: "Şiəlikdən yetərincə istifadə edilməlidir"

2022-01-21

gun az article

“Kəndin un problemini siyasiləşdirməyin”- Qoşaçayda etiraz aksiyası keçirilib

2022-01-21

gun az article

Ətraf mühit fəalları Təbriz İES-i rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb

2022-01-21

gun az article

Tehranda İbrahim Rəisiyə qarşı şüarları səsləndirild-VİDEO

2022-01-20

gun az article

Qəzvində təbii fəlakətdən zərər çəkənlərin təzminatı ödənilmir

2022-01-20

gun az article

Ərdəbildə mədəniyyət və incəsənət kompleksinin tikintisi yarımçıq qalıb

2022-01-20

gun az article

"Azərbaycanın haqqını yeyərək həyasızlaşıblar"- Millət vəkili Kirmanın nümayəndəsinə cavab verdi

2022-01-20

gun az article

Türkiyənin Təbrizdəki baş konsulu: “Türkiyəlilər təbrizliləri özlərinin qardaşı sayır”

2022-01-20

gun az article

Qəzvinin 4 qeyri-maddi mədəni irsi milli əsərlər siyahısına salınıb

2022-01-20

gun az article

Xamneyinin nümayəndəsindən Azərbaycana və Türkiyəyə qarşı əcaib ittiham

2022-01-20

gun az article

Güclü qar səbəbindən Güney Azərbaycanda məktəblər bağlanıb- Minlərlə avtomobil yollarda qalıb-VİDEO

2022-01-20

gun az article

Güney azərbaycanlı gənc dünyanın altıncı ən yaxşı futzalçısı seçilib

2022-01-20