MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub

2021-06-24 18:06

24 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəsmi açılış mərasimi baş tutub.

Gunaz.tv Quote | Gunaz article

Öncə MEK-in rəhbərliyi və kollektivi İkinci Fəxri xiyabanı ziyarət ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Rəsmi açılışda AMEA-nın elmi təqdiqat institutlarının rəhbərləri, elm xadimləri, millət vəkilləri,  Türkiyənin Azərbaycandakı səfiri, Türkəyinin Azərbaycandakı hərbi ataşesi, Qazaxıstanın Azərbaycandakı səfirliyinin I katibi, Qarabağ müharibəsi iştirakçıları, qazilər, Milli Qəhrəmanlar və şəhid ailələrinin üzvləri iştirak ediblər.

AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycan kitabxana sistemində bir ilk olan və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışının Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı günə təsadüf etdiyini vurğulayıb. Baş direktor qeyd edib ki, fonda rəhbərlik tarixi qələbəmizdə mühüm payı olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə olunub.

“44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın erməni vandallarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən vətənpərvər Azərbaycan övladlarının borcu ödənilməzdir.

Onlar bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, millətimizin başucalığıdır. İkinci Qarabağ müharibəsi nəticəsində əldə olunmuş möhtəşəm Qələbəmizi və 3000-ə yaxın şəhidimizin ruhu qarşısında mənəvi borcumuzu yerinə yetirmək üçün MEK yeni təşəbbüsə imza atıb.  “Qarabağ müharibəsi qəhrəmanları” fondu yaradılıb. Çoxsaylı alimlər, mütəxəssislər, ziyalılar çalışdığı ən böyük elm məbədi Azərbaycan Milli Elmlər Akademiyasının bir hissəsi olan MEK-də belə fondun olması əhəmiyyətlidir. Çünki ziyalı öz qəhrəmanını daha yaxından tanıyanda cəmiyyətin digər hissələrinə də təbliğ edir, öyrədir”:- deyə baş direktor bildirib.

Professor Məmməd Əliyev, həmçinin Azərbaycanda bu mövzu ilə bağlı mətbuatda dərc ediləcək məqalələr, elmi nəşrlər, müdafiə olunacaq dissertasiyalar ilə fondun daha da zənginləşəcəyindən əminliyini ifadə edib.

Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək MEK-də 44 günlük Vətən müharibəsində qazanılan qələbəni əbədiləşdirmək üçün yaradılan “Qarabağ müharibəsi qəhrəmanları” fondunun böyük təşəbbüs olduğunu bildirib. Akademik İradə Hüseynova Vətən müharibəsində tarix yazan Milli Qəhrəmanlar, şəhid, qazi və müharibə iştirakçılarının qəhrəmanlığından söz açaraq, onlar haqqında yazılan kitabların kitabxanada əbədi qorunacağını və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı çıxışında vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında inanılmaz bir qardaşlıq var və Qarabağ Zəfərində bu qardaşlıq daha da önə çıxdı. “Türkiyə həm siyasi, həm mənəvi cəhətdən hər zaman Azərbaycanın yanındadır. Bu dəstək iki ölkə arasında olan qardaşlıq mövqeyinin təzahürüdür. 3000-ə yaxın şəhidi hörmətlə anırıq, qazilərə can sağlığı arzulayırıq. Zəfəriniz şanlı olsun, mübarək olsun!”- deyə cənab səfir vurğulayıb. 

Tədbirdə 2020-ci il noyabr ayının 23-də Suqovuşan ərazisində minaya düşərək, Vətən müharibəsinin şəhidi, polkovnik Babək Səmidlinin qardaşı I Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant Müşviq Səmidli çıxış edib. M.Səmidli çıxışında qardaşının uşaqlıqdan vətənpərvər böyüdüyünü bildirib, şəhid polkovnik Babək Səmidlinin Vətən müharibəsində iştirakından, Ordumuzun möhtəşəm Qələbəsindən də geniş danışıb.

44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəxsi heyətinin tərkibində döyüş əməliyyatlarında fəal iştirak etmiş və hərbi qulluq vəzifələrini şərəflə yerinə yetirmiş qazi  Ceyhun Məmmədov çıxış edib. Qazi keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışıb, Vətən müharibəsində sağlamlığını qismən itirən döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirib.

Açılış tədbirində “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəhbəri Röksanə Səfərzadə çıxışında qeyd edib ki, dövlətin və ictimaiyyətin dəstəyi,  AMEA rəhbərliyinin yaxından köməkliyi və MEK-in təşəbbüsü ilə yaradılan fondun zənginləşdirilməsi istiqamətində müharibə iştirakçıları və ailələri ilə əlaqələr qurulub.

Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb və bu proses hələ də davam edir. Bundan əlavə, fondda olan nəşrlər və ədəbiyyatlar e- kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, Birinci və İkinci Qarabağ müharibələrinə dair aparılan tədqiqatlar yer alır”.

Tədbirdə çıxış edənlər millət vəkili Tamam Cəfərova, millət vəkili tarixçi, professor Anar İsgəndərov, Lənkəran Dövlət Universitetinin prorektoru, dosent, şəhid Vüsal Kazımovun atası Kamran Kazımov, Slavyan Universitetinin prorektoru, dosent Xanım Sultanova, Milli Qəhrəman, şəhid İlqar Mirzəyevin oğlu, “Yaşat” fondunun əməkdaşı Elvin Mirzəyev, Xocalı sakini Mürvət Məmmədov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın, qazilərimizin və digər hərbi qulluqçularımızın göstərdikləri qəhrəmanlıqları barədə fəxr və qürurla danışaraq onların adlarını əbədiləşdirmək istiqamətində AMEA MEK-in gördüyü işləri yüksək qiymətləndiriblər.

Tədbir zamanı Beynəlxalq Muğam Mərkəzi solisti, Almaxanım Əhmədli tərəfindən “Xudayar təsnifi” və gənc xanəndə Anar Məmmədovun ifasında “Qarabağ” mahnısı təqdim olunub.

Tədbir zamanı MEK tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü və “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra qonaqlar fondla daha yaxından tanış olublar. Fondda Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!” guşəsində 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkilləri, onların şəxsi kitabxanalarından ailələri tərəfindən fonda hədiyyə olunan kitablardan ibarət kolleksiya,  Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları” guşəsi, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı 500-dən artıq  şəhid, qazi və müharibə iştirakçılarının həyatı və fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, 1000-dən artıq kitab, qəzet, jurnal, məqalələr, sənədli və bədii filmlər toplanaraq oxucuların istifadəsinə verilib. Fondda həmçinin, oxucuların rahatlığı və tədbirlərin təşkili üçün də lazımi şarait yaradılıb. 

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02

gun az article

Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

2021-08-02

gun az article

Antoni Blinken: “İsrailin neft tankerinə hücuma görə İran məsuliyyət daşıyır və ona lazımli cavab veriləcək”

2021-08-02