SON XƏBƏRLƏR

Məktəbin önündəki divara “Azərbaycan” və “Traxtur” sözləri yazılıb -– Binabda

2021.10.20, 07:36
Məktəbin önündəki divara “Azərbaycan” və “Traxtur” sözləri yazılıb -– Binabda

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Binab (Binev) şəhərindən olan bir gənc məktəblərin birinin önündəki divara şagirdlərin xüsusi diqqətini çəkən şüar yazıb.

 

Səliqəli xətlə yazılan “Azərbaycan diyarımız – “Traxtur” iftixarımız” şüarı ilə yanaşı “Traxtur” klubunun loqosu da divarda əks olunub.

 

Binabın Çulqayi kəndinin məktəbinin önündəki 15 metrlik divarın “Azərbaycan” və “Traxtur” sözləri ilə bəzədilməsi məktəblilər tərəfindən rəğbətlə qarşılanıb.

 

Təhsil ocaqlarının açılışı ərəfəsində yazılan şüardan məqsəd şagirdlərin diqqətini daha çox “Traxtur” komandasına cəlb etməkdir.

 

“Traxtur” komandası güney azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. “Traxtur” təkcə futbol komandası kimi deyil, həm də görüşlərində Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları dilə gətirildiyi üçün mühüm vasitədir. Azərbaycan komandasının yarışlarında “ana dilində təhsil”, “öz müqəddəratını təyinetmə”, “Urmu gölü böhranı”, “həbs edilmiş güney azərbaycanlı milli fəalların hüquqları” və s. kimi mövzularda şüarlar səsləndirilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar