Məlayerdə güclü yağıntılar 2 nəfərin ölümünə səbəb oldu

02.04.2019, 12:50

GünAz TV: Həmədan Əyalətində yerləşən Məlayer şəhərinin Mişən kəndində 2 nəfər güclü yağıntıların qurbanı olub.

 

Yerli mətbuatın yaydığı məlumata görə, bu barədə Məlayer Qızıl Aypara Cəmiyyətinin rəsmisi məlumat verib.

 

“Son günlərdə bölgədə yağıntılar artıb. Mişən kəndində bir neçə ev dağılıb, bunun nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bölgədə 1383 evə 10-100 faiz arasında ziyan dəyib. Kənd təsərrüfatına dəyən ziyanın məbləği isə 800 milyard rialdan çoxdur. Hazırda Məlayerin ən böyük bəndi də  yağıntılar səbəbindən daşıb. Bəndin suyu Hərəmabad çağına axır, ona görə də bu çayın ətrafında yerləşən kəndlərin əhalisinə daşqınla bağlı xəbərdarlıq edilib.”- deyə o bildirib.

 

Son iki gündə Məlayer məntəqəsində yağan qar və yağışın miqdarı 130 mm, ötən 12 gündə 235 mm və sonuncu əkin ilində 560 mm-dən ibarət olub.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Traxtur" klubuna yeni menecer təyin edilib

2022-08-11

gun az article

Ərdəbil Polad Şirkəti tarixi Qara Həsənli məkanını dağıdır

2022-08-11

gun az article

Muğanda Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-08-11

gun az article

Türkiyə ordusu Güney Azrbaycana torpaq iddiası edən terrorçunu Suriyada öldürüb

2022-08-11

gun az article

Güneyli rejissor Zunuzun ekoloji problemləri ilə bağlı sənədli film çəkib

2022-08-11

gun az article

“Görüş”də müzakirə: “İranin Azərbaycana qarşı düşmənçiliyi davam edir” və “İran rejiminin məhərrəmçilikdən sui-istifadəsi”- VİDEO

2022-08-11

gun az article

Xudafərinli müəllim sərbəst buraxılıb

2022-08-11

gun az article

Milli fəal Behnam Zareinin həbsi ilə bağlı qərar qüvvədə saxlanılıb

2022-08-11

gun az article

Qərbi Azərbaycanda minlərlə dərs otağı çatışmır

2022-08-10

gun az article

SEPAH mediası Mirhüseyn Musəviyə qarşı hücuma başlayıb

2022-08-10

gun az article

Şərqi Azərbaycanın 6 şəhərində təhlükəli vəziyyət elan olundu

2022-08-10

gun az article

Güneyli müəllim Əhər zindanına köçürülüb

2022-08-10

gun az article

İranda qaşqay mədəni fəal həbs edilib-VİDEO

2022-08-10

gun az article

“Özümüz” proqramında müzakirə: “Səfəvi imperiyası: təriqətdən şəriətə” -VİDEO

2022-08-10

gun az article

Güneyli məhbus barədə yeni cinayət işi açılıb

2022-08-10

gun az article

Şərqi Azərbaycanda işsizlərin 68 faizi universitet məzunlarıdır

2022-08-10

gun az article

Həmədanda qaz borusu partlayıb-Ölən və yaralananlar var

2022-08-10

gun az article

"Onun divarda “Ya Hüseyn” yazması dini məsələ deyil"-Əhməd Obalı-VİDEO

2022-08-09

gun az article

Muğanda "yaşıl soyqırım": Yüzlərlə çoxillik ağac kəsilib-VİDEO

2022-08-09

gun az article

Milli fəal Ruzbeh Pirinin xəstəxanaya köçürülməsinə icazə verilmir

2022-08-09