SON XƏBƏRLƏR

Məlikanın millət vəkili zorladığı qadınlarla danışığının Səs Faylına reaksiya verib

2021.10.20, 07:36
Məlikanın millət vəkili zorladığı qadınlarla danışığının Səs Faylına reaksiya verib

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə Güney Azərbaycanın Məlikan şəhərinin sözdə millət vəkili Salman Xudadadinin zorladığı qadınlarla danışıqları Səs Faylı şəkilində yayılıb.

 

Millət vəkili yayılan Səs Faylına münasibət bildirərkən məlumatı təkzib etməyə çalışsa da, bu barədə tutarlı bir söz deyə bilməyib.

 

Mövzu ilə bağlı yerli mətbuata danışan S.Xudadadi bu işləri əxlaqsızlıq adlandıraraq bildirib ki, “mən öz işimlə məşğulam, belə dedi-qodulara fikir vermirəm.”

 

“Əhali məni yaxşı tanıyır, məni onlar seçiblər. Lakin bəzilərinin gücü yetmədiyi üçün mənə qarşı belə işlərə əl atırlar”- deyə o bəyan edib.

 

İran Parlamentinin İctimai Komissiyasının rəisi söhbətinin əvvəlində yayılan Səs Faylını dinləmədiyini bildirsə də, söhbətinin davamında bəyan edib ki, fayldakı iddiaya rəğmən mənim Vəliəsr xiyabanında ofisim yoxdur.

 

Rejimin sifarişi ilə Güney Azərbaycanın Məlikan şəhərinə millət vəkili seçilən Salman Xudadadi ona iş tapmaq məqsədi ilə müraciət edən bir xanım və katibəsini zorlamaqda ittiham olunur.

Salman Xudadadi bundan əvvəl cinsi təcavüzdə ittiham edilərək bir müddət müvəqqəti olaraq saxlanılıb. Elə bu səbəbdən onun deputatlığa namizədliyi də iki dəfə qeydə alınmayıb, lakin Konstitusiyaya Nəzarət Şurasının müdaxiləsi nəticəsində onun qarşısındakı maneə qaldırılıb və parlament seçkilərində iştirak edib.

 

İyulun 17-də “Herana” agentliyinin yaydığı Səs Faylında Salman Xudadadi təcavüz etdiyi qadınlarla səviyyəsiz şəkildə danışır, onları təhdid edir. Səs Faylında bir neçə faylın müxtəlif hissələri kəsilərək birləşdirilib.

Məlumata görə, millət vəkili, zorladığı qadınlar şikayət etdikdən sonra zəng edərək onları sözlərini təkzib etməyə çağırıb. O bunun üçün qadınları təhdid edib və onlara bir çox vədlər verib.

 

Ötən illərdə Azərbaycan Milli Hərəkatı fəallarına qarşı müxtəlif yollarla təzyiqlər göstərən sözdə millət vəkili bundan əvvəl Məlikan “Sepah”-nin komandiri, Ərdəbil Ettelaat Şöbəsinin rəisi, Şərqi Azərbaycan Ettelaat İdarəsinin rəis müavini və s. kimi həssas postlarda çalışıb. O hazırda İran Parlamentinin İctimai Komissiyasının rəisidir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar