SON XƏBƏRLƏR

Mərənd-Culfa magistral yolunda baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb

2021.10.20, 07:36
Mərənd-Culfa magistral yolunda baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb

Gunaz.tv

İranın Şərqi Azərbaycan əyalətində baş verən avtomobil qəzasında 5 nəfər ağır xəsarət alıb.

 

 Bu barədə, Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya mediaya açıqlamasında məlumat yayıb.

 

Şadiniya bildirib ki, mayın 1-i axşam saatlarında əyalətin Mərənd-Culfa magistral yolunda hərəkətdə olan “Peykan” tipli mink avtomobili Əbərqan kəndi yaxınlığında naməlum səbəbə görə yoldan çıxaraq qəza törədib: “Qəza nəticəsində 5 avtomobil sərnişini ağır bədən xəsarəti alıb. Yaralılra Mərəndin iki təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Hazırda qəzanın səbəbi araşdırılır” -deyə, Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya bəyan edib.

 

Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən yol-nəqliyyat hadisələrində ən azı 28 minə yaxın insan həyatını itirir.

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar