SON XƏBƏRLƏR

Mərənd dağlarında azərbaycanlı alpinistin şübəli ölümü: Cəsədi 73 gün sonra tapıldı

2021.10.20, 07:36
Mərənd dağlarında azərbaycanlı alpinistin şübəli ölümü: Cəsədi 73 gün sonra tapıldı

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd dağlarında yoxa çıxan təbrizli alpinistin (dağçı) cəsədi hadisədən 73 gün sonra tapılıb, onun ölümü çoxlarında şübhə doğurur.

 

Şərqi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İmdad və Nicat işləri üzrə rəis müavininin sözlərinə görə, gənc alpinistin  cəsədi Qızıl Aypara Cəmiyyətinin xilasetmə qrupu və əyalətin alpinizm heyətinin üzvləri tərəfindən bazar günü axşam saatlarında tapılıb.

 

Bu barədə bəzi Azərbaycan Teleqram kanalları hadisədən xəbərdar olan alpinistlərə istinad edərək yoxa çıxan alpinistin şübhəli şəkildə öldüyünü bildiriblər. Onların sözlərinə görə, “cəsədin tapıldığı yerdə bundan əvvəl axtarışlar aparılıb. Orada cəsəddən əsər-əlamət olmayıb, lakin bir müddət sonra həmin məkanda cəsəd tapılıb!”

 

Teleqram kanalları cəsədin bu şəkildə gözlənilmədən tapılmasına şübhə ilə yanaşırlar.

 

Hələlik hökumət rəsmiləri tərəfindən irəli sürülən iddialara heç bir münasibət bildirilməyib.

 

Xatırladaq ki, yanvarın 19-da 11 nəfərlik bir qrupla Mişov yüksəkliklərinə çıxmaq məqsədi ilə Təbrizdən Mərəndə tərəfə  yola düşən gənc qısa bir müddət sonra dağda yoxa çıxmışdır. Digər alpinistlərin sağ-salamaq Təbrizə qayıtdığı bildirilir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar