SON XƏBƏRLƏR

Mərənd şəhərində “5 daş” nəşriyyəsinin yeni özəl sayı işıq üzü görüb

2021.10.20, 07:36
Mərənd şəhərində “5 daş” nəşriyyəsinin yeni özəl sayı işıq üzü görüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərində “5 daş” nəşriyyəsinin 4-cü özəl sayı işıq üzü görüb.

 

Cari ildə ilk dəfədir yayılan nəşriyyəyə iki ayda bir dəfə nəşr olunan “Bağçaban”ın özəl sayı da əlavə olunub.

 

Türk dilində yayılan “5 daş”ın özəl sayı uşaq və yeniyetmələr üçün nəzərdə tutulub. Uşaqlar bu sayıda türkcə yazıb və rəsm çəkə bilərlər. Özəl sayılarda uşaqların çəkdiyi rəsmlərdən də istifadə olunur.

 

Güney azərbaycanlı milli-mədəni fəallar şagirdlər arasında türkcə dərgi və kitablar yaymaqla onların ana dilində yazıb-oxumasına yardım etməyə çalışırlar.

Ana dilinin uşaqların milli kimliyinin formalaşmasında əvəzolunmaz təsiri inkaredilməz faktdır. Uşaq öyrəndiyi ana dili vasitəsi ilə öz hissiyatını ifadə edir və yaşadığı mühiti bu vasitə ilə dərk edərək dilə gətirir. Ana dilinin öyrənməsi milli dil və kimliyi gələcək nəsillərə ötürmək nöqteyi-nəzərindən də olduqca önəmli məsələdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar