Mərənd şəhərində türk dilində təqvimlərin çapına qoyulan qadağa ilə bağlı açıqlama verilib

2021-03-10 15:01

Mərənd şəhərinin “Fotoqçılar, Komputer və Çap Xidmətləri Birliyi” azərbaycanlıların çoxsaylı etirazları və müraciətləri nəticəsində geri oturub.

Gunaz.tv Quote | Gunaz article

Mərənd şəhərində “Fotoqçılar, Komputer və Çap Xidmətləri Birliyi”nin türk dilində təqvim və təbrik posterlərinin çap edilməsinə qarşı qoyduğu qadağa etirazlarla qarşılanıb. Ölkə daxilində və xaricdə azərbaycanlı sosial şəbəkə istifadəçiləri qısa müddətdə çoxsaylı yazılar və müsajlarla bu qadağa etirazlarını bildiriblər.


Etirazların genişlənməsi, yerli və xaricdə fəaliyyət göstərən mətbuatın bunu işıqlandırması nəticəsində Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami Məarif Təşkilatı məsələyə müdaxilə etmək məcburiyyətində qalıb.


Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İslami Məarif Təşkilatının Baş dirrektoru Seyid Qasım Nazimi və Mərənd şəhərinin “Fotoqçılar, Komputer və Çap Xidmətləri Birliyi” çap, fotoqraf və komputer xidmətləri mərkəzlərinə mesajlar göndərərək, türkcə materialların çapı barədə qadağa ilə bağlı öncəki mövqelərini dəyişiblər.


Qeyd edək ki, Güney Azərbaycanın bəzi şəhərlərində hökumət və təhlükəsizlik orqanlarının nəzarəti altında çalışan və bir sıra yazılı və onlin mətbuat orqanlarını idarə edən qruplar türk dili və Azərbaycan türkləri əleyhinə davamlı təbliqat aparırlar.
 

Onlar türk dilinin “ölkənin torpaq bütövlüyünə qarşı təhlükə” olduğunu və türk fəallarının Azərbaycan Respublikası, Türkiyə Cumhuriyyəti və Qərbin “əlaltıları” olduğunu təbliq edirlər.
 

Onların heç bir qanuni səlahiyyətləri və icraedici gücləri olmasada, əlaqədar dövlət idarələrinin dəstəyi nəticəsində bir sıra “uğurlar” qazana bilirlər. Buna son nümumə olaraq, Mərənd şəhərində türkcə təqvim və təbrik posterlərinin çapının qadağan edildiyini göstərmək olar.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19