SON XƏBƏRLƏR

Mərəndin 6 min illik qalası məhv olmaq üzrədir – VİDEO

2021.10.20, 07:36
Mərəndin 6 min illik qalası məhv olmaq üzrədir – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Mərənd şəhərində 6 min illik qala məhv olaraq sıradan çıxmaq üzrədir.

 

Arxeoloqların dediyinə görə, digər adı Mandaqarana olan qala, qədim tarixi Mərəndin qalıqlarından sayılır, bu qalanın təxminən 6 min illik tarixi var və eradan əvvəl 4-cü minillikdə tikilib.

 

Ötən illərdə İranın Mədəni İrs Təşkilatı ölkənin milli siyahısına daxil etmək bəhanəsi ilə bu tarixi qalaya əl qoydu, onun bir turist mərkəzinə çevriləcəyi haqda məlumat yayıldı.

 

Mayın 14-də internetdə yayılan bir videoda görünür ki, tarixi qalada heç bir dəyişiklik yoxdur, orada başladılan inşaat işləri isə yarımçıq buraxılıb.

 

https://www.youtube.com/watch?time_continue=4&v=VQegipXSmmk

 

 

Mərənd qalası geniş bir təpə üzərində yerləşir. Bu qala məntəqənin turist mərkəzlərindən birinə çevrilmək imkanına malik olduğu halda, indi orada mal-qara otarılır. Bütün bunlar İran rejiminin bölgənin tarixi və əhalinin iqtisadi durumuna laqeyd münasibətindən xəbər verir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar