Mərənddə insident: Künovkəndi sakinləri mədən talançılarını kənddən qovdu-VİDEO

2021-04-27 10:25

​​​​​​​Şərqi Azərbaycanın Mərənd şəhərinin Künovkəndi sakinləri etiraz aksiyası keçirib. 

Gunaz.tv Quote | Gunaz article

Sakinlər ərazidə qanunsuz fəaliyyət göstərən mədən talançılarına etiraz edib.

Künovkəndi əhalisi yolu bağlayıb, mədən hasilatı məqsədilə bölgəyə gətirilən ağır texnikanın kəndə girişinə imkan verməyib. 

Məlumata görə, Künovkəndinin sakinlərinin etiraz aksiyasına ətraf kəndlərdən də dəstək gəlib. Polis qüvvələrinin etirazların qarşısını almaqda aciz qalıb.

Aksiya nəticəsində mədən istixracçıları (hasilatçıları) gətirdikləri ağır texnika ilə birlikdə kəndi tərk etməyə məcbur olub. 

"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti olayla bağlı video yayıb. 

Bu videonun yayılmasından sonra Güney Azərbaycanın sosial media istifadəçiləri "Twitter"də “Azərbaycan mədənlərinin talanmasına son” və “İti qovan kimi” başlığı altında Künovkəndi əhalisinə dəstək kampaniyası başladıblar.

Mədənçilər və onların bölgələrdəki əlaltıları rüşvət qarşılığında Azərbaycan kəndlilərinin münbit torpaqlarını zəbt edir, yeraltı qaynaqları istismar edir, mədənlərdən çıxarılan qiymətli materialları isə fars  bölgələrinə göndərirlər.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Tikantəpə, Qaradağ, Heris və digər bölgələrin zəngin yeraltı sərvətləri olsa da,  mədənlərin ətrafında yaşayan əhali işsizlik və yoxsulluqdan əziyyət çəkir. Ərazidə ən adi şəhər və kənd infrastrukturları belə yoxdur.

Son günlər milli fəallar tərəfindən sosial mediada “Azərbaycan mədənlərinin talanmasına son” başlığı altında başladılan kampaniya sosial şəbəkə istifadəçilərinin geniş marağına və dəstəyinə səbəb olub.

Bu kampaniya Güney Azərbaycan əhalisini maarifləndirmək və Azərbaycan sərvətlərinin talanmasının qarşısını almaq məqsədi güdür.

C.E

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.20.2021: HƏFTƏ SONU 1-Cİ BÖLÜM

2021-06-21

gun az article

Tikantəpədə saxtakarlıq: Kürd mənşəli nümayəndənin hərəkəti əhalini qəzəbləndirdi

2021-06-21

gun az article

Amerika mətbuatı güneyli siyasi məhbuslardan yazdı

2021-06-21

gun az article

Tehranın “Persopolis” klubu "Traxtur"un baş məşqçisini məhkəməyə verib

2021-06-21

gun az article

Şərqi Azərbaycanın ölüm saçan yolları: İnsan tələfatı ilə nəticələnən qəzaların sayı açıqlandı

2021-06-21

gun az article

Təbrizli atlet Qazaxıstanda beynəlxalq yarışın qalıbı olub

2021-06-21

gun az article

Təbrizli ixtiraçı beynəlxalq mükafat aldı

2021-06-21

gun az article

"O təbrizlidir, söz anlamaz"-İranın rəsmi televiziyası azərbaycanlıları təhqir etdi

2021-06-21

gun az article

Urmu gölünün səviyyəsi yenə azalıb

2021-06-21

gun az article

Güneyli fəal Salar Tahir Əfşar Urmu həbsxanasına qayıdıb

2021-06-20

gun az article

Xoyda əməliyyat: Külli miqdarda heroin aşkar edilib

2021-06-19

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu şəhər şurası seçkilərini qazandı

2021-06-19

gun az article

Güney Azərbaycanda koronavirusdan öllənlərin sayı açıqlandı

2021-06-19

gun az article

Urmu gölünün quruması barədə yenidən xəbərdarlıq edilib

2021-06-19

gun az article

Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19

gun az article

"İranda əhalinin yalnız 22% -i seçkilərə qatılıb"- Sorğunun nəticələri açıqlandı

2021-06-19

gun az article

"Urmu Birlik Səsi” koalisiyası şəhər şuraları seçkilərində qalib gəldi

2021-06-19

gun az article

Urmuda seçki məntəqələrində qarşıdurma baş verib-VİDEO

2021-06-19

gun az article

İranda seçki: "Prezident seçimləri iqtisadi böhran və nüvə gərginliyi fonunda keçirilir"

2021-06-19

gun az article

GünazTV June.18.2021-Azadlıq səsi: Seçki biabırçılıqı

2021-06-19