SON XƏBƏRLƏR

Mərhum azərbaycanlı fəal İbrahim Cəfərzadə məzarı başında anılıb – Xoy şəhərində / GÖRÜNTÜ

2021.10.20, 07:36
Mərhum azərbaycanlı fəal İbrahim Cəfərzadə məzarı başında anılıb – Xoy şəhərində / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Bir qrup azərbaycanlı milli-mədəni fəal mərhum İbrahim Cəfərzadəni məzarı başında anıblar.

 

2011-ci ildə həyat yoldaşı Mina Kəhrubayi və azyaşlı uşağı Ayla ilə birlikdə yol qəzasında həyatını itirən  İbrahim Cəfərzadə Güney Azərbaycanın tanınmış milli fəallarından olub. Onlar bir ailənin üç üzvü kimi Xoy şəhərinin Biləvar qəsəbəsinin qəbiristanlığında dəfn olunub.

 

Mərhumun məzarı başına toplaşan fəallar onun həyatı, mədəni fəaliyyəti və s. kimi mövzular haqda çıxış edib, onun və ailə üzvlərinin ruhunu dualar oxuyublar. Cəfərzadə ailəsini dərin ehtiralmla yad edən fəallar məzarlarının üzərinə gül dəstələri qoyublar.

 

Fəallar Azərbaycanın milli marşısını oxuyaraq mərasimi yekunlaşdırıblar.

 

Azərbaycanlı fəallar ötən illərdə də mərhum Cəfərzadənin məzarı başında anım mərasimləri keçiriblər, bəzi mərasimlərdə Azərbaycanın müxtəlif bölgələrindən gələn çox sayda fəal saxlanılıb.

 

İbrahim Cəfərzadə, həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə 7 il əvvəl bu günlərdə vəfat edib.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar