SON XƏBƏRLƏR

Amerika bu ölkənin prezident seçkilərinə xələl gətirən 6 İran vətəndaşına və bir şirkətə sanksiya qoyub

2021.11.19, 10:07
Amerika bu ölkənin prezident seçkilərinə xələl gətirən 6 İran vətəndaşına və bir şirkətə sanksiya qoyub

Gunaz.tv

ABŞ Maliyyə Nazirliynin yaydığı bəyanatda bildirilir ki, İran hökuməti tərəfindən dəstəklənən həmin şəxslər kiber əməliyyatlar yolu ilə 2020-ci ildə keçirilmiş prezident seçkilərinin prosesinə müdaxilə edərək amerikalı seçicilərin seçki prosesinə olan etimadına xələl gətirməyə çalışıblar.


Nazirliyin bəyanatında həmçinin bildirilir ki, sanksiyaya məruz qalan şəxslər Amerika seçkiləri ilə bağlı social şəbəkələrdə yalan və saxta məlumat yayaraq, müxtəlif şəxslərə və qurumlara saxta videolar göndərməklə amerikalıların seçkilər prosesinə olan etimadına zərbə vurmağa cəhd ediblər.


ABŞ Maliyyə Nazirliyinin barəsində sanksiya qoyduğu İran vətəndaşları bunlardır: Seyid Məhəmməd Hüseyn Musa Kazimi, Səccad Kaşiyan, Mustafa Sərmədi, Seyid Mehdi Haşimi Toğrulcerdi, Hüseyn Əkbəri Nudə və Məhəmmədbağır Şirinkar.


Nazirliyin yaydığı bəyanatda həmçinin bildirilir ki, Amerikadakı seçkilər prosesinə nüfuz etməyə və ona xələl gətirməyə çalışan və  SEPAH terror təşkilatı ilə əməkdşlıq edən İranın “İmen Net Pasarqad” şirkətinə də sanksiya tətbiq edilib.

سجاد کاشیان و سید محمد حسین موسی کاظم

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar