SON XƏBƏRLƏR

Amerika Rüşdinin qətlinə görə mükafat verdiyi üçün 15 Xordad Fonduna sanksiya tətbiq edib

2022.10.29, 05:00
Amerika Rüşdinin qətlinə görə mükafat verdiyi üçün 15 Xordad Fonduna sanksiya tətbiq edib

Gunaz.tv

Amerika Maliyyə Nazirliyi yazıçı Salman Rüşdinin öldürülməsinə görə mükafatın müəyyən edilməsi ilə əlaqədar İslam Respublikası liderinin nəzarətində olan iqtisadi qurumlardan biri olan 15 Xordad Fonduna sanksiya tətbiq edib. Ruhullah Xomeyninin Rüşdinin qətli ilə bağlı fitvasından sonra bu qurum sui-qəsd mükafatı təyin edib.

Maliyyə Nazirliyinin oktyabrın 28-də yaydığı bəyanatda bildirilir ki, nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi terror aktına maddi və ya texnoloji dəstək verdiyinə görə 15 Xordad Fonduna sanksiya tətbiq edir.

Xatırladaq ki, “15 Xordad Found”u 1988-ci ildə yazıçı Salman Rüşdinin öldürülməsinə görə 2 milyon Amerika dolları məbləğində mükafat verəcəyini elan edib və sonradan bu məbləği bir neçə dəfə artırıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar