SON XƏBƏRLƏR

Amerika Senatının Xarici Əlaqələr Komitəsi İranla bağlı qanun layihəsini təsdiqlədi

2022.06.10, 04:15
Amerika Senatının Xarici Əlaqələr Komitəsi İranla bağlı qanun layihəsini təsdiqlədi

Gunaz.tv

Komitənin demokrat sədri iyunun 9-da bildirib ki, komitə "İranın pilotsuz təyyarələrini dayandırmaq" planını təsdiqləyib.

Daha əvvəl Nümayəndələr Palatası tərəfindən qanunvericilərin böyük əksəriyyətinin müsbət səsi ilə təsdiq edilmiş bu qanun layihəsinin müddəalarına əsasən bildirilir ki, Amerika bununla İran və İranla əlaqəli terrorçu və silahlı qrupların Amerika vətəndaşlarına və tərəfdaş ölkələrə qarşı hücumlarda istifadə oluna biləcək mövcud kommersiya komponentləri də daxil olmaqla, pilotsuz təyyarələrə əl tapmasının qarşısını alacaq.

Bu plan ABŞ-ın İran İslam Respublikasında silah embarqosu ilə bağlı qanununa uyğundur.

Qanun layihəsi Senat tərəfindən qəbul edilsə, ABŞ prezidentinin imzası ilə qüvvəyə minəcək. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar