SON XƏBƏRLƏR

Amerika güneyli alimin edam xəbərinə münasibət bildirib

2022.05.05, 10:24
Amerika güneyli alimin edam xəbərinə münasibət bildirib

Gunaz.tv

“İran hakimiyyəti xarici vətəndaşları həbs edərək onlardan siyasi təzyiq vasitəsi kimi istifadə etmək sahəsində uzun keçmişə malikdir”-deyə, Prays qeyd edib.

O, Əhmədrza Cəlalinin məsələsini diqqətdə saxladıqlarını və Amerika Xarici İşlər Nazirliyi və BMT-nin İranda insan haqları üzrə məruzəçisi Cavid Rəhmanın illik hesabatlarında buna toxunduqlarını deyib.

İranda çox sayda insan haqları pozuntusuna işarə edən sözçü, bir çox məhbusların ağır işgəncələrə məruz qaldığını, bir sırasının isə qondarma ittihamlarla formal şəkildə mühakimə olunub və edama məhkum edildiklərini açıqlayıb.

“Bu insanlların xilas edilməsi və bu biabırıçılığın qarşısının alınması üçüm müttəfiqlərimizlə müzakirələr aparırıq. Buna son qoymağa çalışırıq”-deyə, Ned Prays Amerika vətəndaşlarının da İranda həbsdə olduqlarını söyləyib.

Qeyd edək ki, mayın 4-də İran mediası “İsrailə” casusluq ittihamı ilə edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb.

Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar