SON XƏBƏRLƏR

Amerika SEPAH-ın körfəzdəki kəşfiyyat gəmisini ələ keçirmək cəhdinin qarşısını alıb

2022.08.31, 04:55
Amerika SEPAH-ın körfəzdəki kəşfiyyat gəmisini ələ keçirmək cəhdinin qarşısını alıb

Gunaz.tv

Amerika Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması bu xəbəri avqustun 30-da açıqlayıb

Məlumatda bildirilir ki, SEPAH-ın “Şəhid Baziyar” adlı gəmisi əvvəlcə Amerika Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz gəmini ələ keçirib, yədəkləyib.

Ancaq Amerika hərbi gəmisi və helikopteri hadisə yerinə yaxınlaşdıqda SEPAH gəmisi pilotsuz gəmini buraxmalı olub.

5-ci Donanmanın bəyanatında deyilir ki, yeddi metrlik gəmi bir neçə sensor, radar və kamera ilə təchiz edilib və beynəlxalq sularda naviqasiya və başqa məlumatları toplayır.

Amerika Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının komandirinin müavini admiral Bred Kuper verdiyi açıqlamada "SEPAH-ın hərəkətlərinin bağışlanmaz olduğunu və peşəkar Hərbi Dəniz Qüvvələrinin davranışına uyğun olmadığını" bildirib.

Bununla yanaşı, Amerikanın Mərkəzi Komandanlığı "CENTCOM" da SEPAH-ın hərəkətini “İranın Yaxın Şərqdə sabitliyi pozan, qeyri-qanuni və qeyri-peşəkar fəaliyyətlərinin davam etməsinin göstəricisi” kimi xarakterizə edən bəyanat yayıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar