SON XƏBƏRLƏR

Amerika nüvə sazişi ilə bağlı İranın cavabını konstruktiv hesab etmir

2022.09.02, 04:53
Amerika nüvə sazişi ilə bağlı İranın cavabını konstruktiv hesab etmir

Gunaz.tv

İran tərəfi təqdim olunan mətnin danışıqları yekunlaşdırmaq məqsədi ilə konstruktiv yanaşmaya malik olduğunu iddia edir.

"Amerikanın cavabını aldıqdan sonra İran İslam Respublikasının ekspert qrupu onu diqqətlə araşdırdı və İranın cavabları müxtəlif səviyyələrdə qiymətləndirildikdən sonra bu axşam tərtib edilərək koordinatoruna çatdırıldı"-deyə, Kənani bildirib.

Amerika Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays Avropa Birliyi vasitəsilə İrandan cavab aldıqlarını təsdiq edərək onu araşdırdıqdan sonra Avropa birliyi vasitəsilə cavab verəcəklərini, ancaq İranın cavabının konstruktiv olmadığını deyib.

Bu arada Amerika xəbər mənbələri sentyabrın 1-i amerikalı qanunvericilər və bir qrup keçmiş İsrail təhlükəsizlik rəsmiləri tərəfindən Co Baydenə iki ayrı məktubun yazıldığını və Amerika prezidentindən İranla yeni müqavilə imzalamamağı istədiklərini yazıb.

Bununla yanaşı beş min İsrail rəsmisi Baydenə xitabən “İranın nüvə təhlükəsinə qarşı ən təsirli alət hərbi variantdır” başlıqlı məktub yazıb.

Amerika prezidenti Co Baydenə ünvanladıqları məktubda İsrailin müdafiə və təhlükəsizlik orqanlarının 5 mindən çox rəsmisi Vaşinqtonun İranla nüvə sazişini canlandırmaq səylərini dayandırmağa çağırıb və vurğulayıblar ki, İran rejiminin nüvə təhlükəsinə qarşı ən təsirli rıçaq, "hərbi variant”dır.

“Fox News” xəbər ajansının məlumatına görə, İsrail rəsmiləri Baydenə şikayət ediblər ki, onun hökuməti İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün dəfələrlə öhdəlik götürməsinə baxmayaraq, qarşıdakı sövdələşmə, rejimin 2031-ci ilə qədər nüvə silahı əldə etməsi üçün "qanuni yol" yaradacaq, eyni zamanda, imzalayanların buna mane olmaq üçün hər hansı vasitədən məhrum edəcək.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar