SON XƏBƏRLƏR

Amerika prokurorluğu sui-qəsd cəhdində şübhəli bilinən Azərbaycan vətəndaşına qarşı cinayət işi açıb

2022.08.12, 17:32
Amerika prokurorluğu sui-qəsd cəhdində şübhəli bilinən Azərbaycan vətəndaşına qarşı cinayət işi açıb

Gunaz.tv

"Amerikanın səsi"nin fars bölümünün verdiyi xəbərə görə, Nyu-York prokurorları jurnalist və Amerikanın Səsi proqramının aparıcısı Məsih Əlinejadın evinin yaxınlığında həbs edilən silahlı şəxsə qarşı icazəsiz silah saxlamaq ittihamı ilə cinayət işi qaldırıb.

Xalid Mehdiyev Nyu Yorkda jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın evinin qarşısında dolu Kalaşnikov avtomatı saxlamaqda ittiham olunub. 

Qeyd edək ki, Amerika Federal Polisinin verdiyi məlumata görə, 23 yaşlı Xalid Mehdiyev iyulun 28-də Məsih Əlinejadın evinin yaxınlığında gəzişdiyi zaman həbs edilib.

Amerika prokurorunun köməkçisi Metyu Xellman bildirib ki, Mehdiyev iranlı dissident və hüquq müdafiəçisinin evinin qarşısında - icarəyə götürdüyü Subaru Forester avtomobilindən ərazini izləyərkən həbs edilib. Mehdiyevin idarə etdiyi avtomobildən 1 ədəd AK-47 avtomatı, 66 ədəd patron və 1 ədəd dolu tapança aşkar edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar