SON XƏBƏRLƏR

Amerika rəsmiləri: Bayden administrasiyası hesab edir ki, “Bcam”ı xilas etmək üçün ayın sonuna qədər vaxt var

2022.02.09, 19:49
Amerika rəsmiləri: Bayden administrasiyası hesab edir ki, “Bcam”ı xilas etmək üçün ayın sonuna qədər vaxt var

Gunaz.tv

Danışıqların son mərhələsində olduqlarını və “Bərcam”ı (Hərtərəfli Birgə Fəaliyyət Planı) xilas etmək üçün yalnız cari ayın sonuna kimi vaxt olduğunu deyib.

“Bayden administrasiyası İranın nüvə sazişini xilas etmək üçün yalnız fevralın sonuna qədər vaxtının olduğunu düşünür, əks halda yanaşmasını dəyişməli və Tehranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün hücum siyasətinə üstünlük verməli olacaq”-deyə, Amerikanın üç yüksək rütbəli məmuru çərşənbə günü SNN-ə açıqlamalarında bildiriblər.

Başqa bir Amerika rəsmisi isə, İranla bağlı heç bir şey heç vaxt düz xətt üzrə getmədiyini, ancaq müəyyənedici məqama yaxınlaşdıqları barədə düşündüklərini deyib.

Qeyd edək ki, məlumatı paylaşan “Azadlıq radiosu”nun fars bölümü “Radio Fərda” açıqlama verən Amerika rəsmilərinin kimliyi barədə hər hansı məlumat verməyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar