SON XƏBƏRLƏR

"İran razılaşma əldə etmək üçün əsas tələbindən geri çəkildi"-Amerika rəsmisi

2022.08.20, 05:09
"İran razılaşma əldə etmək üçün əsas tələbindən geri çəkildi"-Amerika rəsmisi

Gunaz.tv

CNN-in məlumatına görə, avqustun 15-də Avropa İran Birliyinin təklif etdiyi nüvə sazişi layihəsinə cavabında, SEPAH-ın Amerikanın terror qruplaşmaları siyahısından çıxarılması tələbindən imtina edib.

Amerika rəsmisi bildirib ki, razılaşmaya yaxınlaşmağın ən əsas amili İranın qeyd olunan təməl istəklərindən birindən geri çəkilməsidir.

"Prezident Bayden SEPAH-ın adını xarici terrorçu qruplar siyahısından çıxarmayacağına dair qərarında qətiyyətli olub”-deyə, o, bildirib. 

İran rəsmiləri bununla yanaşı SEPAH-la əlaqəsi olan bir neçə şirkətin də adının sanksiyalar tətbiq edilən qurumlar siyahısından çıxarılması tələbindən imtina etdiklərini bildirib.

Bununla belə CNN-ə məlumat verən Amerika rəsmisi razılaşmanın əldə edilib-edilməyəcəyi ilə bağlı qəti fikir bildirməyin mümkün olmadığını və hələdə bir sıra həll olunmamış problemlərin qaldığını deyib.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar