SON XƏBƏRLƏR

Amerika İranı insan alveri ilə mübarizədə ən uğursuz ölkə adlandırıb

2022.07.20, 09:07
Amerika İranı insan alveri ilə mübarizədə ən uğursuz ölkə adlandırıb

Gunaz.tv

"İran hökuməti insan alveri fenomenini aradan qaldırmaq üçün minimum standartlara əməl etməyib və hətta koronavirus epidemiyasının ölkənin insan alveri ilə mübarizə qabiliyyətinə vurduğu təsirləri belə nəzərə alsaq, bu ölkənin ciddi bir addım atmadığını söyləmək olar"-deyə, hesabatda qeyd olunub.

Buna görə də Amerika Dövlət Departamenti İranı Rusiya, Çin Xalq Respublikası, Birma, Kuba, Əfqanıstan, Suriya və Şimali Koreya kimi insan alveri ilə mübarizədə ən aşağı standartlara malik ölkələrin yanında üçüncü kateqoriyada saxlayıb.

Hesabatda qeyd olur ki, İran hökuməti ciddi səylər göstərməsə də, insan alveri probleminin həlli üçün bəzi tədbirlər, o cümlədən bununla mübarizə strategiyaları və planlarını formalaşdırmaq üçün Daxili İşlər Nazirliyində insan alverinə qarşı mübarizə komitəsinin formalaşdırılmasına təşəbbüs göstərib.

"Buna baxmayaraq, İran hökuməti uşaqları orduya cəlb etmək ,böyükləri aldatmaq və ya Suriya müharibəsində İran silahlı dəstələri tərkibində radikal qruplara qoşulmağa məcbur etmək siyasətini davam etdirir.

İran hakimiyyət orqanları məhkəmə toxunulmazlığı ilə İranda və xaricdə insan alveri cinayətlərini törət-basdır etməkdə davam edir, onlara məhəl qoymur və bu problemin həlli üçün qanun icraçılarına hesabat vermir"-deyə, Dövlət Departamentinin hesabatında qeyd olunub.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar