SON XƏBƏRLƏR

Amerika İranın neft və neft-kimya biznesində fəaliyyət göstərən bir neçə şirkətə sanksiya tətbiq edib

2022.09.30, 07:55
Amerika İranın neft və neft-kimya biznesində fəaliyyət göstərən bir neçə şirkətə sanksiya tətbiq edib

Gunaz.tv

Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi bununla bağlı bəyanat yayıb və İslam Respublikasına qarşı iqtisadi məhdudiyyətləri tətbiq etmək üçün daha çox tədbir görəcəyi ilə bağlı xəbərdarlıq edib.

Açıqlamaya görə, Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi Cənubi və Şərqi Asiyadakı istiqamətlərə "yüz milyonlarla dollarlıq neft-kimya və neft məhsullarının satışı ilə məşğul olan beynəlxalq şirkətlər şəbəkəsini" hədəfə alıb.

Amerika maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson deyibki, Birləşmiş Ştatlar İran neftinin və neft-kimya məhsullarının qeyri-qanuni satışını ciddi şəkildə məhdudlaşdırmağa sadiqdir.

"Nə qədər ki, İran nüvə sazişinin tam icrasına qarşılıqlı şəkildə qayıtmaqdan imtina edir, Amerika İranın neft və neft-kimya məhsullarının satışına qarşı sanksiyalarını davam etdirəcək",- deyə Brayan Nelson bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar