SON XƏBƏRLƏR

Amerika: “İranın peyk daşıyıcı raketi kosmosa buraxması Təhlükəsizlik Şurasının qətnaməsini pozur” - FOTO

2021.12.31, 10:57
Amerika: “İranın peyk daşıyıcı raketi kosmosa buraxması Təhlükəsizlik Şurasının qətnaməsini pozur” - FOTO

Gunaz.tv

Adı mediaya açıqlanmayan sözçü deyib ki, İranın kosmosa peyk daşıyıcısı raket buraxması sadəcə olaraq, Tehrandakı molla rejiminin raket proqramının inkişafına xidmət edir.

“İranın peyk daşıyıcı raketi kosmosa buraxması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur. 

Amerika Birləşmiş Ştatları İranın buraxılış qurğularını inkişaf etdirməsindən nigarandır. Bu, nüvə silahlarının yayılması ilə bağlı ciddi narahatlıq doğuran bir addımdır.

Kosmik buraxılış qurğuları ballistik raketlərdə, o cümlədən uzaq mənzilli sistemlərdə istifadə olunan texnologiyalardan istifadə edir.

İranın kosmosa raketlər buraxması BMT Təhlükəsizliyinin bununla bağlı qəbul etdiyi qətnaməsinə ziddir. Hesab edirik ki, İran nüvə başlıqları daşıya bilən ballistik raketlər üzərində işləməkdən çəkinməlidir”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Həmçinin Almaniya Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, İran raketinin orbitə buraxılmasından narahatlığını bildirib.

Almaniyanın yüksək səviyyəli bir diplomatı “Röyters” agentliyinə açıqlamasında İranın bu addımının BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu vurğulayaraq, Tehrandan kosmosa peyk daşıyıcı raketlər buraxmağı dayandırmasını tələb edib.

Xatırladaq ki, İran Müdafiə Nazirliyinin Kosmik Dektorunun sözçüsü Əhməd Hüseyni dekabrın 30-da mediaya açıqlamasında “Simurq” peyk daşıyıcı raketin kosmosa buraxıldığından xəbər verib. 

İranın Müdafiə Nazirliyi bununla bağlı keçirilmiş sınağın "uğurlu" adlandığını iddia etsə də, yayılan bəzi məlumatlarda bu sınağın məğlubiyyətə uğradığı və peykin orbitə yerləşdirilmədiyi bildirilir.

نمایی از پرتاب ماهواره‌بر سیمرغ که سخنگوی فضایی وزارت دفاع ایران آن را «موفقیت‌آمیز» دانسته ولی درباره صحت آن ابراز تردید شده است.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar