SON XƏBƏRLƏR

Amerika İranın regionda pilotsuz uçan təyyarələrinin hücumları ilə əlaqədar 4 İran vətəndaşına və 2 şirkətə sanksiya qoyub

2021.10.30, 08:05
Amerika İranın regionda pilotsuz uçan təyyarələrinin hücumları ilə əlaqədar 4 İran vətəndaşına və 2 şirkətə sanksiya qoyub

Gunaz.tv

ABŞ Maliyyə Nazirliyinin İranın həmin fiziki və hüquqi şəxslərinə sanksiya tətbiq etməsi isə, dövlət katibi Antoni Blinkenin mediaya açıqlamasında ölkəsinin İranın pilotsuz uçan təyyarələr proqramının inkişafının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyini açıqlamasından bir neçə saat əvvələ təsadüf edib.


Bəyanatda bildirilir ki, SEPAH terror təşkilatı və onun “Qüds” qanadı ilə əməkdaşlıq edən, İranın regionda Amerika qüvvələrinə və İsrailin körfəzdə üzən “Mercer Street” tankerinə qarşı hücumlarının arxasında olan SEPAH-ın pilotsuz uçan hərbi təyyarələr bölməsinin rəhbəri briqada generalı Səid Ağacani, Yusif Əbutalibi, Abdulla Mehrabi və Məhəmməd İbrahim Zərgər Tehrani barəsində sanksiya qoyulub.


Bəyanata görə, həmçinin SEPAH-la əlaqədə olaraq, İranın pilotsuz uçan hərbi təyyarələrinin inkişafına yardım edən İranın “Kimiya Part Sivan” və “Oc-e Pərvaz” (Oje Parvaz) şirkətlərinin adları da ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına salınıb.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar