SON XƏBƏRLƏR

Amerika: "İranın Səudiyyə Ərəbistanına qarşı istənilən hücumuna cavab verməyə hazırıq"

2022.11.02, 04:50
Amerika: "İranın Səudiyyə Ərəbistanına qarşı istənilən hücumuna cavab verməyə hazırıq"

Gunaz.tv

Rəsmilərin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı, ABŞ və bir sıra Yaxın Şərq ölkələri bu xəbərdarlığa cavab olaraq öz hərbi qüvvələrini "hazırlıq" vəziyətinə gətiriblər.

Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, İran hökuməti diqqəti daxili etirazlardan yayındırmaq üçün bu ölkəyə və İraqın Ərbil şəhərinə hücumlar etməyə hazırlaşır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib: “Biz hərbi və kəşfiyyat kanalları vasitəsilə Səudiyyə Ərəbistanı ilə daimi təmasdayıq və bölgədəki maraqlarımızı və tərəfdaşlarımızı müdafiə etməkdən çəkinməyəcəyik”.

SEPAH-ın baş komandanı Hüseyn Səlami son çıxışında Səudiyyə Ərəbistanını təhdid edərək demişdi: “Bir daha deyirəm, bu gənclərlə sizin yanınıza gəlib qisas alacağıq".

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar