SON XƏBƏRLƏR

“Amerikanın səsi”nin fars bölümü İran rejimini müdafiə edir"-Rejim müxalifləri

2022.03.31, 09:37
“Amerikanın səsi”nin fars bölümü İran rejimini müdafiə edir"-Rejim müxalifləri

Gunaz.tv

Amerika Rəsmiləri və İran hökumətinə müxalif təşkilatlar “Amerikanın səsi”-nin fars bölümünün İranın təsiri altına düşdüyünü və bu ölkənin molla rejiminin mövqeyini müdafiə etdiyini deyirlər.

Bir qrup respublikaçı nümayəndə “Amerikanın səsi”-nin fars xidmətini İran rejimini dəstəkləməkdə, vergi ödəyicilərinin pullarından sui-istifadə etməkdə və Co Baydenə bir tərəfli dəstək verməkdə ittiham edərək, Konqresi bunu araşdırmağa çağırıblar. 

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü, Pensilvaniya nümayəndəsi Skot Perri və onun Konqresdəki altı həmkarı “Amerikanın səsi”-nin rəhbərliyini Setarə Derəxşeşin yenidən işə götürülməsi ilə bağlı bütün daxili sənədləri və yazışmaları Konqresə təqdim etməyə çağırıb. 

Derəxşeş uzun illər “Amerikanın səsi”-nin fars bölməsinin direktoru olub və  Donald Trampın prezidentliyi dövründə işindən uzaqlaşdırılıb.

Millət vəkillərinin “Amerikanın səsi”nin rəhbərliyinə göndərdikləri məktuba görə, Tramp administrasiyası Setarə Derəxşeşi “agentlik büdcəsinin təxminən 1 milyon dollarını sui-istifadə edərək boşa xərcləməkdə və Surbon universitetindən doktorluq dərəcəsi aldığı barədə yalan danışdığı üçün” işdən çıxartdığını qeyd ediblər.

Nümayəndələr və İran rejiminin müxalifləri “Amerikanın səsi”-nin fars bölməsinin Tehran hökumətinin təsiri altında olduğunu, verilişlərində İran hökumətinin mövqeyini müdafiə edən şəxslərdən müsahibələr götürdüyünü deyirlər.

Onlar Donald Trampın işdən uzaqlaşdırdığı adamların Co Bayden hökuməti tərəfindən yenidən işə götürüldüyünü, bununla da “Amerikanın səsi”-nin Tehran hökumətinin mövqeyinin təbliğatçısına çevrildiyini bildirirlər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar