SON XƏBƏRLƏR

Amerika: "Nüvə sazişinin canlandırılması ilə bağlı İranla heç bir anlaşma əldə olunmayıb"

2022.08.31, 04:40
Amerika: "Nüvə sazişinin canlandırılması ilə bağlı İranla heç bir anlaşma əldə olunmayıb"

Gunaz.tv

"Bu, yalandır və İranla belə bir razılaşma əldə olunmayıb"-Amerika Dövlət Departamentinin sözçünün müavini Vedant Patel telefon vasitəsilə keçirdiyi mətbuta konfransında müxbirin razılaşmanın əldə olunduğu və yaxın bir-iki həftə ərzində elan ediləcəyi ilə bağlı sualına beıə cavab verib.

"Avropa Birliyinin təklif etdiyi yekun mətnlə bağlı İranın şərhlərini aldıq və 24 avqustda Avropa Birliyinə cavabımızı verdik. İndi cavab vermək İrandan asılıdır"-deyə, Dövlət Departamentinin rəsmisi bildirib.

Bununla yanaşı Patel, dünya, xüsusən də region ölkələrinin Rusiya ilə İranın əməkdaşlığından və bu iki ölkə arasında müttəfiqliyin dərinləşməsindən ehtiyatlı olmalı olduqlarını,  Amerikanın bu iki ölkəyə qarşı bütün sanksiyaları sərt şəkildə tətbiq edəcəyini qeyd edib.

İran rəsmilərinin isə son günlər məsələ ilə bağlı verdikləri açıqlamalar razılaşmanın əldə olunacağı ehtimalının olduqca zəiflədiyindən xəbər verir.

İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İrandan tələblərinin  artdığını, bu tələblərin isə sanksiyalara görə icra oluna bilməyəcəyini bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar