SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti Xalq Mücahidləri Təşkilatını dəstəklədiyini təkzib etdi

2022.11.15, 13:41
Amerika Dövlət Departamenti Xalq Mücahidləri Təşkilatını dəstəklədiyini təkzib etdi

Gunaz.tv

Amerika Dövlət Departamentinin sözçüsü bəyanatında Birləşmiş Ştatlar hökumətinin "Mücahidin Xalq Təşkilatı"na hər hansı dəstəyini tamamilə rədd edib və bu qrupu İran xalqını təmsil edən “etibarlı demokratik hərəkat” olaraq görmədiyini bildirib.

"Amerikanın Albaniyada İran Xalq Mücahidləri Təşkilatını dəstəkləməsi və ya təlim keçməsi ilə bağlı iddialar tamamilə yalandır",-deyə, Dövlət Departamentinin bəyanatında qeyd edilib.

Hazırda mərkəzi qərargahı Albaniyada yerləşən İran Xalq Mücahidləri Təşkilatı Amerika Dövlət Departamentinin bəyanatı ilə bağlı hər hansı açıqlama verməyib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar