SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti İranda insan haqlarının durumu ilə bağlı hesabat yayıb

2022.04.13, 10:37
Amerika Dövlət Departamenti İranda insan haqlarının durumu ilə bağlı hesabat yayıb

Gunaz.tv

Hesabatda İran hökuməti və onun mülki geyimli məmurları məhkəməsiz və özbaşına qətllərdə, zorla yoxa çıxarmalarda, işgəncələrdə, siyasi həbslərdə, müxaliflərdən siyasi qisas almaqda, başqa ölkələrdə qətl törətməkdə və adam oğurlamaqda ittiham edib.

Departament daha sonra İran hökumətinin ittiham olunduğu siyasi motivli adam oğurluğu ilə bağlı xəbərlərə istinad edərək bildirib ki, mülki geyimli şəxslər vəkilləri, jurnalistləri və vətəndaş cəmiyyəti fəallarını xəbərdarlıq etmədən həbs edir, hökumət rəsmiləri məhbusların saxlanılması faktlarını təsdiqləməkdən və ya məlumat verməkdən imtina edir. 

Məhbuslara qarşı işgəncə və pis davranış göstərilməsi Vaşinqtonun İranı ittiham etdiyi başqa bir haldır və hesabatda İranın müxtəlif həbsxanalarında siyasi müxaliflərə fiziki və mənəvi işgəncə verilməsi halları qeyd edilir.

Hesabatın yayımlanmasından bir neçə saat əvvəl Beynəlxalq Amnistiya Təşkilatı İslam Respublikası rəsmilərinin məhbuslarla davranışına dair apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Orada hökumət məmurlarının məhbusların xəstəxanalara köçürülməsinin qarşısını aldıqları, onların müalicəsini gecikdirdikləri üçün 100-ə yaxın məhbusun ölümünə səbəb olduqlarını bildirilib.

ABŞ Dövlət Departamentinin hesabatının bir hissəsində İranın regional münaqişələrdəki roluna diqqət yetirir, İnqilab Keşikçiləri Korpusu və İran hökumətini İraq və Yəməndəki silahlı qruplara və terror təşkilatlarına dəstək verməkdə ittiham edilir.

Hesabatda bildirilir ki, İran hökuməti İraqda “Kətaibi Hizbullah” kimi ölkədə məhkəməsiz edamlar, zorla yoxa çıxma və digər insan haqları pozuntularında iştirak edən terror təşkilatlarını dəstəkləyir. 

Bununla yanaşı İran hökumətinin Yəməndə müharibəni uzatmaq üçün yüz milyonlarla dollar pul ayırdığı və Husi üsyançılarına verdiyi silahlar vasitəsilə Yəmən və Səudiyyə Ərəbistanında mülki əhaliyə və infrastruktura hücuma yardımçı olduğu qeyd olunur.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar