SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: “Həsən İrlu və Əbdülrza Şəhlayi bir-birindən fərqli şəxslərdir”

2021.12.25, 11:45
Amerika Dövlət Departamenti: “Həsən İrlu və Əbdülrza Şəhlayi bir-birindən fərqli şəxslərdir”

Gunaz.tv

“Amerika Səsi” radiosunun Fars redaksiyasının bununla bağlı müəmmalı suallara aydınlıq gətirilməsi üçün unvanladığı sualı cavablandıran ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, “Həsən İrlu” və “Əbdülrza Şəhlayi” eyni şəxsin adları deyil.

“Həsən İrlu və Əbdülrza Şəhlayi bir-birindən fərqli şəxslərdir və onların eyni şəxs olması ilə bağlı bəzi media orqanlarının yaydığı məlumatlar düzgün deyil. Onlar başqa-başqa şəxslərdir.

Lakin bunlara baxmayaraq, Əbdülrz Şəhlayinin yerinin müəyyənləşdirilməsinə və onun yaxalanmasına yardım edən hər hansı bir məlumatın verilməsi qarşılığında təyin ediln 15 milyon dollar mükafat qüvvədə qalır. 

Hesab edirik ki, Yəməndə SEPAH-a yer yoxdur və İranın bu ölkədə dəstəklədiyi silalı qruplaşmalar regional və beynəlxalq təhlükəsizliyi, eləcə də biim regiondakı qüvvələrimizi, diplomatik korpuslarmızı və regional tərəfdaşlarımızı təhdid edir. Bu isə yolverilməzdir”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

Xatırladaq ki, son günlər İranın Yəməndən qovulan və ölkəyə qayıtdıqdan sonra koronavirusdan öldüyü iddia edilən Sənadakı üzdəniraq səfəri Həsən İrlunun axtarışda olan SEPAH-çl və məhur terrorçu Əbdülrza Şəhlayi ilə eyni şəxs olması barədə ziddiyyətli məlumat yayılmışdı.  

İranın “İrna” agentliyinin saytı isə oktyabrın 23-də Həsən İrlunun “müqavimət cəbhəsinin komandırlərindən biri” olduğunu yazaraq, onun həm də “Əbdülrza Şəhlayi” adı ilə tanındığını bildirmişdi. 

8B87F88B-D8F7-462D-92B4-1F9EE63BFD29_w1597_n_r0_st.png

1bcf0000-0aff-0242-005f-08d9c4aec83c_cx0_cy6_cw0_w1023_r1_s.jpg

                                                                                                      Həsən İrlu

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar