SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: "Nüvə danışıqlarının bərpası SEPAH-ın regionda təqibinə mane olmayacaq"

2022.08.23, 08:47
Amerika Dövlət Departamenti: "Nüvə danışıqlarının bərpası SEPAH-ın regionda təqibinə mane olmayacaq"

Gunaz.tv

 Ned Prays nüvə razılaşmasının bərpa olunacağı təqdirdə, Vaşinqtonun regionda SEPAH və İranın proksi qruplarını təqib etmək üçün əlində olan hər vasitədən istifadə edəcəyini deyib.

Avqustun 22-də keçirilən mətbuat konfransında Prays Vyana nüvə danışıqları zamanı SEPAH-ın Amerikanın terrorçu qruplaşmalar siyahısından çıxarmaq şərtindən geri çəkilmə addımını alqışlayıb.

O, Tehranın bu addımının son iki həftədən bu yana üvə razılaşmasının əldə edilməsi ehtimalının baş tutacağına ümidləri artırdığını deyib.

Onun sözlərinə görə, İran bir sıra şərtlərindən, o cümlədən SEPAH-la bağlı irəli sürdüyü şərtindən imtina edib.

Dövlət Departamentinin sözçüsü İran tərəfinin Amerikanın cavabı gecikdirməklə bağlı ittihamlarını rədd edib və hələdə birsıra həll olunmamış məsələlərin qaldığını deyib.

"Bizim cavabımız hazırdır... yaxın tərəfdaşlarımızla daxili və xarici məsləhətləşmələrimiz başa çatdıqdan sonra cavabımızı açıqlayacayıq"-deyə, Prays bildirib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar