SON XƏBƏRLƏR

ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırdı

2022.06.09, 10:35
ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırdı

Gunaz.tv

Amerika Dövlət Departamenti vətəndaşlarına müraciət edərək onları İrana səfər etməməyə çağırıb.

Xəbərdarlıqda bildirilir ki, İrana səfər edənlər hökumət tərəfindən oğurlana və ya həbs oluna bilərlər.

"İran hökuməti xüsusilə ikili vətəndaşlığı olan və ticarət, media və təhsil sahəsində çalışan şəxsləri qondarma ittihamlarla, o cümlədən casusluq adı ilə həbs edir"-deyə, Dövlət Departamentinin xəbərdarlığına qeyd olunub.

Xəbərdarlıq Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) üç açıqlanmayan bazada nüvə fəaliyyəti ilə bağlı məlumatı təqdim etmədiyinə görə İran hökumətini tənqid edən qətnamə qəbul etməsindən sonra elan edilib.

Hal-hazırda İran zindanlarında Siyamək Namazi, İmad Şərqi və Murad Tahbaz adlı Amerika-İran vətəndaşı olan üç nəfər casusluq ittihamı ilə saxlanılır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar